Seçkinin nəticəsinin Azərbaycan mədəniyyətinin inkişafına yeni stimul olacağı bir həqiqətdir

 

Bu gün dünyanın ən qüdrətli dövlətlərinin rəhbərləri, ən mötəbər beynəlxalq təşkilatların sədrləri  Azərbaycan Respublikasının paytaxtına teleqram ünvanlayaraq, məktub göndərərək, zəng edərək möhtərəm Prezidentimizi  növbəti dəfə qüdrətli bir dövlətin başçısı seçilməsi münasibətilə təbrik edirlər.

Ürəyimiz dağa dönür. Çünki həmin təbriklər adi - yəni  bayramlarda və ya əlamətdar günlərdə  göndərilən təbriklərdən  deyil. Bu təbriklər Azərbaycan xalqının ortaya qoyduğu  siyasi və mənəvi iradəyə ehtiram nümayiş etdirən təbriklərdir. Bu təbriklər  Azərbaycanın hər bir seçicisinin verdiyi səsə göstərilən hörmətin təzahürüdür. 

Ürəyimiz ona görə dağa dönür ki, cənab İlham Əliyevin son on ildə Azərbaycan xalqı, milli dövlətimiz,  bütövlükdə region ölkələri və xalqları qarşısındakı xidmətləri dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir. Ona görə məmnunuq ki, həm xalqımız, həm də dünyanın müxtəlif ölkələrindəki ədalətli adamlar Azərbaycandakı indiki siyasi kursun davam etdirilməsini istəyir. Bu kurs Heydər Əliyev siyasi kursudur.

Oktyabrın 9-da keçirilmiş prezident seçkilərinin nəticəsi ölkənin mədəniyyət  və incəsənət xadimləri tərəfindən  ona görə böyük məmnunluq  və sevinclə qarşılandı ki, cənab Prezident İlham Əliyev də ulu öndər Heydər Əliyev kimi milli mədəniyyətimizin, musiqimizin, xalq yaradıcılığının yorulmaz himayədarı, misilsiz təəssübkeşidir.  Ulu öndər Heydər Əliyevin mədəniyyət xadimlərinə göstərdiyi qayğı, ayırdığı diqqət  bir aləm idisə, onun mədəniyyət xadimləri ilə şəxsi görüşləri, söhbətləri, təmasları başqa aləm idi. Mən ümummilli liderimizin Arif Məlikov, Tahir Salahov, Toğrul Nərimanbəyov, Zeynəb Xanlarova, Tofiq Bakıxanov, Sara Qədimova, Habil Əliyev, Əlibaba Məmmədov, Arif Babayev , Qədir Rüstəmov və digər sənət adamları ilə söhbətlərinin lent yazılarına hər dəfə tamaşa edəndə milli mədəniyyətə münasibət mövzusunda bir dərs alıram.  Cənab İlham Əliyev məhz bu siyasəti davam etdirir. Özü də ləyaqətlə.

Biz mədəniyyət xadimləri möhtərəm Prezidentin ölkəmizə rəhbərlik etdiyi dövrdə  Azərbaycan muğamını bütün dünyaya çatdırmaq üçün Beynəlxalq Muğam Mərkəzi kimi misilsiz bir hədiyyə almışıq. Azərbaycan aşıq musiqisi hörmətli Mehriban xanım Əliyevanın ciddi səyləri nəticəsində YUNESKO-nun xüsusi qorunan qeyri-maddi mədəniyyət nümunələrinin siyahısına salınıb, adıçəkilən təşkilatın xəttiylə dünyanın müxtəlif şəhərlərində Azərbaycanın korifey sənətkarlarının yubileyləri keçirilib və sairə. Ona görə də tam əminik ki, 9 oktyabr seçkisinin nəticələri Azərbaycan mədəniyyətinin və incəsənətinin növbəti inkişafına mükəmməl bir stimul olacaq.  Xarici siyasətçilərin hamısı bu qələbə münasibətilə cənab Prezidenti təbrik edir, mən isə xalqımızı. Çünki bu qələbə daha çox xalqımıza lazım idi. Uğurlar olsun!

  Ağaverdi PAŞAYEV,

xalq artisti, professor 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında