Beynəlxalq festivalda qondarma “Dağlıq Qarabağ respublikası”nın bayrağının nümayiş etdirilməsi cəhdinin qarşısı alınmışdır

 

 

3-4 oktyabr tarixlərində Budapeştdəki Ötvöş Lorand Universitetində “Mədəniyyət körpüsü - 2013" adlı beynəlxalq festival keçirilmişdir.

Azərbaycanın Macarıstandakı səfirliyindən Trend-ə verilən məlumata görə səfirliklərin və yerli milli icmaların yardımı ilə keçirilən festivalın əsas məqsədi müxtəlif xalqların və millətlərin onlara xas mədəniyyətinin, milli mətbəxinin, turizm potensialının və tarixinin nümayiş və təbliğ etdirilməsindən ibarət olmuşdur.

İki gün davam edən tədbirdə ölkəmizi səfirliyin dəstəyi ilə Azərbaycan-Macarıstan Gənclər Birliyi təmsil etmişdir. Festival iştirakçıları səfirlik tərəfindən müxtəlif dövrlərdə Azərbaycanın mədəniyyətinə, tarixinə və ədəbiyyatına dair macar dilində çap edilmiş 30-a yaxın kitaba, paxlava, şəkərbura kimi milli mətbəximizə aid müxtəlif növ şirniyyatlara, Azərbaycan tarixi və mədəniyyətini təcəssüm etdirən suvenirlərə böyük maraq göstərmişlər.

Tədbir zamanı Ermənistan mədəniyyət mərkəzi üçün ayrılmış hissədə qondarma “Dağlıq Qarabağ respublikası”nın bayrağının nümayiş etdirilməsinə cəhd olunmuşdur. Səfirlik əməkdaşları və Macarıstanda təhsil alan azərbaycanlı tələbələr tərəfindən buna dərhal etiraz edilmiş və təşkilatçılardan bu kimi halların qarşısının alınması tələb olunmuşdur. Eyni zamanda, səfirlik tərəfindən məsələ ilə əlaqədar dərhal Macarıstan Xarici İşlər Nazirliyinə etiraz notası ünvanlanmış və Ötvöş Lorand Universitetinin rəhbərliyi ilə birbaşa danışıqlar aparılmışdır. Nəticədə qondarma qurumun bayrağının nümayişinə cəhd dayandırılmış və tədbirdə provokasiya ilə məşğul olan ermənilər festivaldan uzaqlaşdırılmışlar.

Festivalda Azərbaycanla yanaşı, Amerika Birləşmiş Ştatları, Malayziya, Çin, İsrail, eləcə də Avstriya, İtaliya, Fransa və digər  Avropa dövlətlərinin nümayəndələri iştirak etmişlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında