Həştərxan Dövlət Mahnı və Rəqs Ansamblı Bakıda çıxış etmişdir

 

Sentyabrın 20-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində Həştərxan Dövlət Mahnı və Rəqs ansamblının konserti olmuşdur.

Konsert Bakı və Həştərxan arasında  mədəni mübadilə çərçivəsində  təşkil edilmişdir.

Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev qonaqları səmimi salamlayaraq bildirmişdir ki, son illər Bakı ilə Həştərxan arasında sıx əlaqələr yaranmışdır. Heydər Əliyev adına 11 nömrəli Həştərxan orta ümumtəhsil məktəbinin şagirdləri yayda Bakıda olmuşlar. İki həftə sonra Bakı nümayəndələri paytaxtımızın hədiyyəsini -  Knyaz Vladimirin abidəsini Həştərxana aparacaqlar.

Həştərxan Vilayəti Hökuməti sədrinin müavini Qalina Zadeyeva səmimi qəbula görə təşəkkürünü bildirərək demişdir ki, xalqlarımız ruhən bir-birinə yaxındır, bizi  mədəniyyətə ehtiram birləşdirir. Q.Zadeyeva Həştərxan vilayəti ilə Azərbaycan arasında  əməkdaşlıq barədə qısa məlumat verərək qeyd etmişdir ki,  Həştərxanda Heydər Əliyevin abidəsi və ümummilli liderin adını daşıyan park açılmışdır.

Həştərxan  Dövlət Mahnı və Rəqs Ansamblı  Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinin təşəbbüsü ilə 2008-ci ildə bənzərsiz və peşəkar yaradıcılıq kollektivi kimi təsis edilmişdir. Ansamblın vəzifəsi Həştərxan vilayəti ərazisində yaşayan xalqların  mahnı,  rəqs və  musiqi ənənələrini dirçəltmək,  toplanmış mədəni potensialı  qoruyub saxlamaq, ən başlıcası isə regionun vizit kartına çevrilib  onun hüquqlarından kənarda  vilayətin mədəni simasını formalaşdırmaqdır.

Yarandığı gündən Rusiyanın əməkdar mədəniyyət işçisi Aleksandr Lavrinenkonun rəhbərlik etdiyi kollektivin  250 nəfər üzvü var.

Ansambl Rusiyada və onun hüdudlarından kənarda uğurlu qastrol səfərlərinə çıxır. Həştərxan Dövlət Mahnı və Rəqs Ansamblının repertuarında  “Çoxmillətli Həştərxan”, “Ah, bu qış”, “Qələbə günü!”, “L.Zıkinanın xatirəsinə”, “Kazaçya” və s. konsert proqramları var.  Kollektivin Xor və xoreoqrafiya  kompozisiyalarında rus, kazak, tatar, kalmık, qazax, Azərbaycan və Ukrayna xalqlarının ənənələri təmsil olunmuşdur.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında