Azərbaycan Dövlət Rus Dram Teatrının kollektivi qastrol səfərlərinə hazırlaşır

 

Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin rəhbərliyi ilə 1873-cü il martın 10-da Bakı realnı məktəbi şagirdlərinin iştirakı ilə “Nəciblər klubu”nda M.F.Axundovun “Lənkəran xanının vəziri” komediyası tamaşaya qoyuldu.

Ən sevindirici hal o idi ki, bununla da professional milli teatrımızın əsası qoyuldu. Sonralar Azərbaycan teatrı böyük bir inkişaf yolu keçdi. Müxtəlif ölkələrə qastrol səfərlərinə gedən Azərbaycan teatrları bir-birindən maraqlı tamaşalarla dünya tamaşaçılarını heyrətə gətirir.

Həmişəki kimi, möhtəşəm çıxışları ilə Moskva auditoriyasını heyran qoyacaq daha bir teatr kollektivimiz qastrol səfərinə çıxacaq. Sentyabrın 25-də Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı kollektivinin çıxışları tamaşaçıların yaxşı istirahətinə əlavə rəng qatacaq.

Bu səfər Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Rusiya Federasiyasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil olunacaq.

Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı kollektivi Moskva tamaşaçılarına baş rejissor, xalq artisti Aleksandr Şarovskinin quruluşunda M.F.Axundzadənin “Hekayəti-Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadukuni-məşhur” və Yonas Vaytkusun quruluşunda Nizaminin “Yeddi gözəl” tamaşalarını təqdim edəcək.

Onu da bildirək ki, teatr kollektivi Moskvaya qastrol səfərindən sonra Litvanın paytaxtı Vilnüsə yola düşəcək. Sözügeden tamaşa Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı kollektivi tərəfindən oktyabrın 1-2-də Litva Rus Dram Teatrında  səhnələşdiriləcəkdir.

Ülviyyə VAHİDQIZI,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında