Bakıda “İçərişəhər Kuboku” beynəlxalq turnirinin yekun mərhələsi keçirilir

Bakıda intellektual oyunlar üzrə beynəlxalq festival – “İçərişəhər Kuboku” turnirinin yekun mərhələsi başlamışdır. AzərTAc xəbər verir ki, festival “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsinin dəstəyi və Azərbaycan İntellektual Klublar Assosiasiyasının nəzdindəki “İçərişəhər” İntellektual Oyunlar Klubunun təşkilatçılığı ilə keçirilir. 

Avqustun 24-də festivalın açılışı olmuşdur. Festivala tanınmış bilicilər, o cümlədən Moskvanın “Nə? Harada? Nə vaxt?” elitar klubunun oyunçuları qatılmışlar.

“İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsinin rəisi Samir Nuriyev bildirmişdir ki, qədim İçərişəhərdə keçirilən festivalda Azərbaycanın güclü intellektual komandaları, həmçinin “İçərişəhər kuboku” beynəlxalq sinxron turnirinin qalibləri iştirak edirlər. 

Qeyd edilmişdir ki, festival “İçərişəhər Kuboku” beynəlxalq turnirinin yekun mərhələsidir. İlk üç mərhələ 2012-ci ilin noyabrından 2013-cü ilin aprelinədək keçirilmişdir. Turnirin mərhələlərində dünyanın 18 ölkəsinin 100-dən artıq şəhərindən 500-dək komanda iştirak etmişdir. Turnirin keçirildiyi hər bir şəhərdə yerli bilicilərə Bakının və İçərişəhərin çoxəsrlik tarixi haqqında məlumatlar çatdırılmışdır.

ABŞ, Kanada, Almaniya, Latviya, Böyük Britaniya, İsrail, Çexiya, Rusiya, Ukrayna, Belarus, Gürcüstan, Özbəkistan, Moldova, Türkmənistan, Qazaxıstan kimi ölkələrin komandalarının çıxış etdikləri turnirin coğrafi miqyasını və iştirakçılarının sayını nəzərə alaraq demək olar ki, bütün dünyanın biliciləri ölkəmiz haqqında maraqlı və yaddaqalan məlumatlar əldə etmişlər.

“Nə? Harada? Nə vaxt?” Beynəlxalq Klublar Assosiasiyasının idarə heyətinin üzvü Aleksandr Rubin, ümumilikdə, 30 komandanın iştirak etdiyi yekun turnirin 4 turdan ibarət olduğunu söyləmişdir. Bildirmişdir ki, hər turda komandalara 15 sual veriləcəkdir.

Sonra “Nə? Harada? Nə vaxt?” oyunu başlamışdır. Yekunda qaliblər müəyyən olunmuşdur.

Sankt-Peterburq komandası birinci yerə layiq görülmüşdür. Moskva və Minsk yığma komandası ikinci, Moskva kollektivi isə üçüncü yerləri tutmuşlar. Qalib komandaya kubok, qızıl medal və diplom, ikinci və üçüncü yerlərin sahiblərinə isə müvafiq olaraq gümüş və bürünc medallar və diplomlar verilmişdir.

Avqustun 25-də isə “Svoya iqra” oyunu üzrə turnir təşkil olunacaqdır.

Festivalın əsas tərəfdaşı Azərbaycan Respublikasının Təhsil Nazirliyi, tərəfdaşları isə “Art Garden” restoranı və “Sea Breeze” mehmanxanasıdır.

 “İçərişəhər Kuboku” festivalı ilk dəfə keçirilir. Gələcəkdə bu qəbildən olan festivalların hər il keçirilməsi nəzərdə tutulur. Festival avqustun 25-də başa çatacaqdır.

 

 

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında