Rusiya Akademik Dövlət Filarmoniyasının baş dirijoru azərbaycanlı oldu

Azərbaycanlı musiqiçi Əyyub Quliyev Vasili Safonov adına Rusiya Akademik Dövlət Filarmoniyasının baş dirijoru təyin olunub. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Bu ilin iyununda filarmoniya və orkestr rəhbərliyi ilə müqavilə imzalanıb. Müqavilənin şərtlərinə görə, orkestr iki il müddətində silsilə konsert proqramı ilə çıxış etməlidir. Konsertlərdə Azərbaycan musiqisinə həsr olunan gecə də olacaq, Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Hacı Xanməmmədovun əsərləri səslənəcək.

Qeyd edək ki, Əyyub Quliyev 1984-cü ildə Bakıda anadan olub, xalq artisti, tarzən Ramiz Quliyevin oğludur. 2005-ci ildə Bakı Musiqi Akademiyasının dirijorluq fakültəsini fərqlənmə ilə bitirib. 2005-2008-ci illərdə Sankt-Peterburq Dövlət Konservatoriyası və Vyana Dövlət Musiqi və İncə Sənətlər Universitetində təhsil alıb. O, 2013-cü ildə Rusiyada keçirilən Sergey Raxmaninovun 140 illik yubileyinə həsr olunmuş beynəlxalq musiqi festivalında iştirak edən ilk azərbaycanlıdır.

 

 M.MÜKƏRRƏMOĞLU,

 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında