Azərbaycan musiqi sənətinin əbədiyaşar nümayəndəsi

Maestro Niyazi Azərbaycan musiqi sənətində böyük əsərlər yaradan dahi simalardandır. O, bəstəkarlarımızın  bir çox simfonik və musiqili səhnə əsərlərinin,  kantata və oratoriyalarının ilk ifaçısı olmuşdur. Niyazi əsərlərinin  təqdimatında özünəməxsus orijinal ifaçılıq üslubu yaratmışdır. İfa etdiyi  əsərlər insanı sanki nağıllar aləminə aparır.

Azərbaycan milli dirijorluq məktəbinin formalaşması dahi maestronun  adı ilə bağlıdır. Onun traktovkasında  Üzeyir Hacıbəyovun “Koroğlu” operası Azərbaycan musiqisinin qızıl fonduna daxil edilmişdir. Maestronun Azərbaycan Opera və Balet Teatrının səhnəsində hazırladığı Müslüm Maqomayevin “Nərgiz”, Qara Qarayevin “Vətən” operaları və “Yeddi gözəl” baleti böyük uğur qazanmışdır. Həmçinin Niyazi Ankara Opera və Balet Teatrında Pyotr Çaykovskinin “Qaratoxmaq qadın”, Cüzeppe Verdinin “Aida” operalarına dirijorluq etmişdir.

Avqustun  20-si dahi maestronun doğum günüdür. Həmin günlə əlaqədar sənətkarın mənzil-muzeyində “Açıq qapı” günü elan olunmuşdu. Öncə muzeyin kollektivi Fəxri Xiyabanda unudulmaz maestronun xatirəsini yad etdi və  məzarı önünə əklil qoydu. Gün ərzində mənzil-muzeydə Niyazinin musiqi bəstələdiyi filmlər nümayiş olundu.  Ziyarətçilər maestorunun  şəkilləri ilə bəzədilmiş stendlərlə tanış oldular.

“Açıq qapı” günü rəsmi hissə ilə davam etdirildi. Tədbirdə musiqiçilər,  musiqişünaslar və media nümayəndələri iştirak edirdilər. İlk olaraq çıxış edən  Niyazi mənzil-muzeyinin direktoru Rza Bayramov maestronun həyat və yaradıcılığından söhbət açdı, onun ifa etdiyi əsərlərdən bəhs etdi. Tədbirdə Niyazinin əsərlərini səsləndirən əməkdar incəsənət xadimi, pianoçu Ülviyyə Hacıbəyova gecəyə əlavə rəng qatdı. İlk dəfə olaraq bəstəkarı Niyazi olan kino musiqisi haqqında danışıldı və onun müəllifi olduğu əsərlər qonaqlara nümayış etdirildi.

Ülviyyə VAHİDQIZI,

 “Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında