Azərbaycanın dünya şöhrətli müğənnisi Müslüm Maqomayevin xatirəsi yad olunmuşdur

Avqustun 17-də zəmanəmizin görkəmli müğənnisi, Azərbaycanın və SSRİ-nin xalq artisti Müslüm Maqomayevin doğum günü münasibətilə böyük sənətkarın xatirəsi anılmışdır.

AzərTAc xəbər verir ki, tanınmış mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri Fəxri Xiyabana gələrək Müslüm Maqomayevin məzarı önünə əklil qoymuş və təzə-tər güllər düzmüşlər.

Anma mərasimində xalq artisti Eldar Quliyev Müslüm Maqomayevin şərəfli ömür yolundan söhbət açmışdır. Bildirmişdir ki, fitri istedada malik Müslüm Maqomayev zəngin yaradıcılıq yolu keçmişdir. O, hər hansı yaradıcılıq fəaliyyəti ilə ürəkdən məşğul olmuşdur. Yaşasaydı, bu gün 71 yaşı tamam olacaqdı. Biz Azərbaycan torpağında dünyaya göz açmış dahi musiqiçi ilə fəxr etməliyik.

Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin də Müslüm Maqomayevin bənzərsiz və zəngin yaradıcılığından, fitri istedadından söz açmışdır. Rusiyalı diplomat şəxsən özünün musiqi zövqünün Müslüm Maqomayevin yüksək istedadı və ifasının təsiri altında formalaşdığını vurğulamışdır.

Bildirmişdir ki, dahi sənətkarın aramızda cismən olmadığı vaxtdan illər keçdikcə onun adı, yaradıcılığı nəinki unudulmur, əksinə yaddaşlarda daha da möhkəmlənir. Müslüm Maqomayev yüksək sənətkarlığın etalonu olaraq qalmaqdadır. Onun adı bu gün Rusiya və Azərbaycan arasında dostluğa və hörmətə xidmət edir. Müslüm Maqomayev Azərbaycan və Rusiya xalqları arasında tarixən formalaşmış dostluğun daha da möhkəmləndirilməsinə, ölkələrimizin mədəni əlaqələrinin inkişafına böyük töhfə vermişdir.

Sənətkarın ömür-gün yoldaşı Tamara Sinyavskaya anma mərasiminin iştirakçılarına təşəkkürünü bildirmişdir. Diqqətə çatdırmışdır ki, Müslüm Maqomayev həmişə məhəbbətdən danışmışdır. O vaxtilə deyirdi: “Azərbaycan mənim atam, Rusiya isə anamdır”.

SSRİ xalq artisti Tamara Sinyavskaya bu gün böyük sənətkarın həmin fikrinə qoşulduğunu demiş və isti yay günündə mərasimə toplaşanlara dərin təşəkkürümü bildirmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında