Azərbaycana yeni qədim əlyazma gətirilmişdir

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Əlyazmalar İnstitutu ölkəyə yeni qədim əlyazma gətirmişdir. Bu barədə Trend-ə institutun direktor əvəzi Paşa Kərimov məlumat vermişdir.

O, bildirmişdir ki, 15-ci əsr osmanlı şairi Ətainin Nizami Gəncəvinin təsiri ilə türkcə yazdığı “Miniatürlü xəmsə” əsərinin bir nüsxəsinin surəti ABŞ-ın Merilend ştatının Baltimor şəhərindəki Volters İncəsənət Muzeyindən Azərbaycana gətirilmişdir. Nəfis əlyazma olan həmin nüsxə 340 səhifədən ibarətdir.

P.Kərimovun sözlərinə görə, Qacar şahzadəsi Nadir Mirzə Qacarın qədim milli xörəklərimizin reseptlərindən ibarət “Karnamə” adlı kitabı fars dilindən tərcümə edilərək çap edilmişdir.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında