Melodiya və ritm zənginliyi ilə fərqlənən musiqimiz...

Qədim tarixə malik Azərbaycan musiqi sənəti bütün xalqları öz füsünkarlığı ilə həmişə valeh etmişdir. Melodiya və ritm zənginliyi ilə fərqlənən  musiqimiz qeyri millətlər tərəfindən  də sevilərək dinlənilmişdir.

Muğam ustadlarımız Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Xan Şuşinski  və Zülfü Adıgözəlovu, dahi bəstəkarlarımız Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Müslüm Maqomayevi, xor musiqisinin inkişafında əhəmiyyətli rol oynamış Cahangir Cahangirov  və başqalarını göstərmək olar. Bu korifeylər sayəsində musiqimiz ölkə hüdudlarından çox-çox kənarlarda, beynəlxalq miqyasda da geniş şöhrət qazanmışdır. Musiqimizin uğuru kimi bu gün ölkəmizdə  keçirilən beynəlxalq musiqi festivallarını və onun hüdudlarından kənarda  təşkil olunan mədəniyyət günlərini göstərmək olar. Bir sözlə,  musiqi sənətimiz sərhəd tanımır.

Azərbaycan mədəniyyəti üçün daha bir  sevindirici hal odur ki, oktyabrın 9-da Moskva Beynəlxalq Musiqi Evində Vokalçıların Müslüm Maqomayev adına Beynəlxalq Müsabiqəsi laureatlarının “Sevimli artistə həsr olunur...” qala-konserti keçiriləcəkdir. Qala konsertdə Vladimir Boldt, Aida Qarifullina, Dəmir Zakirov, Tatyana Zakirova, Maksim Katırev, Yevgeni Kunqurov, Anatoli Sivko, İlya Silçukov  çıxış edəcəklər. Müslüm Maqomayev adına İkinci Beynəlxalq Müsabiqənin “Qran-pri”sinin sahibi Jenisbek Piyazov kimi parlaq vokalçılar müsabiqədənkənar yenidən səhnəyə çıxacaq, öz valehedici səsləri ilə  tamaşaçılara unudulmaz musiqi gecəsi  bəxş edəcəklər. Onu da vurğulayaq ki, qala-konsertin  proqramına R.Vaqner, C.Puççini, Q.Donisetti, İ.Kalman, P.Çaykovski, C.Verdi, A.Paxmutova və başqalarının müxtəlif janrlarda əsərləri daxil edilmişdir.

 

Ülviyyə VAHİDQIZI,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında