V Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində Yerusəlim Simfonik Orkestrinin konserti olmuşdur

 

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən V Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində iyulun 27-də Yerusəlim Simfonik Orkestrinin konserti olmuşdur.

Məşhur israilli musiqiçi Amos Talmonun dirijorluğu ilə baş tutan konsertdə Yerusəlim Simfonik Orkestri klassik Avropa bəstəkarlarının əsərlərindən parçalar səsləndirmişdir.

Orkestrin müşayiəti ilə tanınmış pianoçular xalq artistləri Fərhad Bədəlbəyli, Murad Adıgözəlzadə, Murad Hüseynov, Yeganə Axundova tamaşaçılara Sergey Raxmaninovun, Fransis Pulenkin, İohan Bramsın əsərlərini təqdim etmiş, gözəl çıxışları ilə dinləyicilərin qəlbinə yol tapmışlar.

Öz məharətli  ifası ilə dünyaya səs salan Yerusəlim Simfonik Orkestri Azərbaycan tamaşaçılarına və xarici ölkələrdən  Qəbələyə gəlmiş turistlərə unudulmaz gecə bəxş etmişdir.

Yerusəlim Simfonik Orkestri 1930-cu ildə Fələstin radiosu nəzdində yaranmışdır. Orkestrin musiqi direktoru Frederik Çaslindir. Orkestr maestro Bertininin təsis etdiyi üç əsas dini musiqiyə həsr olunmuş Liturgiya festivalının daimi iştirakçısıdır. Bu dünya şöhrətli musiqi kollektivi dəfələrlə Avropanın və ABŞ-ın bir çox şəhərlərində, ən məşhur konsert salonlarında geniş proqramlarla çıxış etmişdir.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında