V Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində dahi italyan bəstəkarı Cüzeppe Verdinin 200 illiyinə həsr edilmiş yubiley konserti təqdim olunmuşdur

 

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən V Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində iyulun 25-də dahi italyan bəstəkarı Cüzeppe Verdinin anadan olmasının 200 illiyi münasibətilə yubiley konserti təqdim edilmişdir.

AzərTAc xəbər verir ki, məşhur italiyalı dirijor Jder Biqnamininin rəhbərliyi ilə təqdim olunan “Viva Verdi”  adlı konsertdə Yerusəlim Simfonik Orkestri bəstəkarın əsərlərindən nümunələr səsləndirmişdir.

İki hissədən ibarət konsertdə məşhur türkiyəli və italiyalı vokalçılar Burçin Savigne (soprano), Karmelo Korrado Karuzo (bariton), eləcə də onların azərbaycanlı həmkarları Yusif Eyvazov (tenor), Səbinə Əsədova (messo-soprano) dahi bəstəkarın əsərlərindən parçalar ifa etmişlər.

Musiqi axşamında Cüzeppe Verdinin “Taleyin gücü”, “Don Karlos”, “Bal-maskarad”, “Otello”, “Atilla” “Aida”, “Trubadur” operalarından parçalar, o cümlədən ariya, uvertüra  səsləndirilmişdir.  Çıxışlar yerli və xarici ölkə tamaşaçılarının böyük marağına səbəb olmuşdur.

Yerusəlim Simfonik Orkestri 1930-cu ildə Fələstin radiosunun nəzdində yaradılmışdır. Orkestrin hazırkı musiqi direktoru Frederik Çaslindir. Bu musiqi kollektivi Avropa və ABŞ-ın bir çox şəhərlərində, ən məşhur konsert salonlarında geniş konsert proqramları ilə çıxış etmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında