Gənc azərbaycanlı rejissorların ekran əsəri 66-cı Lokarno Beynəlxalq Film Festivalının müsabiqə proqramına daxil edilmişdir

 

Avqustun 7-də 66-cı Lokarno Beynəlxalq Film Festivalı başlayacaqdır. 1946-cı ildən etibarən keçirilən festival “A” kateqoriyasına (Kann, Berlin, Venesiya festivalları və s.)  aiddir və bu kino bayramı filmlərin nümayişlərinin açıq hava altında təşkil olunması kimi özəlliyi ilə fərqlənir.

AzərTAc xəbər verir ki, avqustun 17-dək davam edəcək 66-cı Lokarno Beynəlxalq Film Festivalının müsabiqə proqramında Azərbaycan filmi də yer almışdır.

Gənc rejissorlar Rüfət Həsənov və Elvin Adıgözəlin “Buqələmun” adlı tammetrajlı bədii filmi festivalın rəsmi müsabiqə proqramına daxil edilmişdir və filmin dünya premyerası məhz festival çərçivəsində olacaqdır (http://www.pardolive.ch/en/Pardo-Live/today-at-the-festival/2013/LOC66-Line-up/cineasti-del-presente.html#.Ued52NK8CFs).

“Adari Films prodakşn” şirkətinin məhsulu olan filmin prodüseri İrada Bağırzadədir. Eyni zamanda, “Arizona Productions” (Fransa) və “Vita aktiva” (Rusiya) şirkətləri ilə postprodakşn işləri görülmüşdür.

Xatırladaq ki, artıq Azərbaycan Prodüserlər Gildiyasının “Geniş baxış” ssenari müsabiqəsinin qalibi olan “Adari Films” şirkətinin altı qısametrajlı novelladan ibarət “Motivlər...” layihəsi çərçivəsində Rüfət Həsənovun “Bazar günü” filminin çəkilişlərinə başlanılmışdır. Layihə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyası tərəfindən dəstəklənir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında