Fransanın Rön-Alpes regionunun nümayəndə heyəti Qəbələ rayonu ilə tanış olmuşdur

Fransanın Rön-Alpes regionunun senatoru və turizm üzrə prezidenti Jean Bessonun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində tanışlıq məqsədi ilə Qəbələ rayonunda olmuşdur.

Səfər çərçivəsində qonaqlar rayon rəhbərliyi ilə görüşmüşlər. Qonaqların diqqətinə çatdırılmışdır ki, bu gün Azərbaycanda gedən sürətli iqtisadi inkişaf tempini Qəbələ rayonunun simasında aydın görmək olar. Bu gözəl və füsunkar yerin tarixi bir məkan olduğu qeyd edilmiş, rayonda yaradılan istehsal müəssisələrinin, kənd təsərrüfatı və heyvandarlıq sahələrinin, turizm sektoru və digər sahələrin Qəbələnin iqtisadi inkişafında müstəsna əhəmiyyətə malik olduğu vurğulanmışdır. Bildirilmişdir ki, bu gün Qəbələ yerli mühüm tədbirlərlə yanaşı, beynəlxalq tədbirlərə də ev sahibliyi edir.

 Jean Besson görüşdə çıxış edərək turizm sektorunun Fransada prioritet sahə olduğunu qeyd etmişdir. O bildirmişdir ki, Qəbələnin zəngin mətbəxi ilə yanası, tarixi və qədim abidələri, dağ yüksəkliklərində inşa olunan muzeyləri, kanat yolları buraya dincəlməyə gələn insanlar üçün çox maraq doğuran məkanlardan biridir.

Görüşdə qarşılıqlı turizm əlaqələrinin genişləndirilməsi, bu istiqamətdə maarifləndirmə işlərinin aparılması mövzularında fikir mübadiləsi aparılmışdır.

Görüşdən məmnunluğunu ifadə edən nümayəndə heyətinin üzvləri tərəflər arasında qarşılıqlı turizm əlaqələrinin genişləndirilməsindən yüksək nəticələr əldə olunacağına ümid etdiklərini diqqətə çatdırmışlar.

Daha sonra nümayəndə heyəti rayonda yeni inşa olunan “Tufan” dağ-xizək yay-qış istirahət kompleksinin tikintisi prosesi ilə tanış olmuşlar.

 Burada qonaqlara bildirilmişdir ki, dağlıq ərazidə yerləşən, istirahət üçün bütün əlverişli şəraitə malik olan bu rekreasiya-turizm obyekti Qəbələ şəhərindən təxminən 4 kilometr aralıda yerləşir. Diqqətə çatdırılmışdır ki, burada kanat yolu və xizəkçilik kompleksi 8 stansiyadan ibarət olacaqdır. Birinci stansiya dəniz səviyyəsindən 950 metr, sonuncu stansiya isə 1920 metr hündürlükdədir.

 Artıq altı stansiyada quraşdırma işləri başa çatmışdır. Bir-birindən 1414 metr aralı məsafədə və dəniz səviyyəsindən 1250 metr və 1650 metr hündürlükdə olan stansiyalarda quraşdırma işləri aparılmışdır. Qeyd olunmuşdur ki, hazırda inşa edilən dağ-xizək idmanı bazasının bilavasitə yaxınlığında yerləşən “Qafqaz Resort” otel kompleksi üç otel binasından, SPA mərkəzindən, əyləncə parkından ibarət olmaqla yay istirahəti üçün bütün imkanlara malikdir.

Daha sonra nümayəndə heyəti rayonun “Qəbələ” futbol klubunun stadionlar kompleksinə, yeni inşa olunan Futbol Akademiyasının inzibati binasına və 15000 yerlik stadion üçün ayrılmış ərazidə görüləcək işlərlə yaxından tanış olmuşlar.

Rayonda insanların şən və mənalı istirahəti üçün hər bir şərait yaradıldığını, burada yüksək inkişafın şahidi olduqlarını qeyd edən nümayəndə heyətinin üzvləri Qəbələni gözəl bir məkan kimi səciyyələndirmişlər.

 

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında