Şəkidə “İpək yolu” IV Beynəlxalq musiqi festivalı başlamışdır

 

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə iyunun 28-də Şəki şəhərində “İpək Yolu” IV Beynəlxalq musiqi festivalı başlamışdır.

İyulun 4-dək davam edəcək musiqi bayramında bir sıra xarici ölkələrin, eləcə də Azərbaycanın milli musiqi, rəqs, folklor və teatr kollektivləri çıxış edəcəklər.

AzərTAc xəbər verir ki, festivalın proqramına uyğun olaraq, iyunun 28-də axşam Şəki şəhərindəki yay teatrında MDB ölkələri rəqs qruplarının iştirakı ilə geniş konsert proqramı təqdim olunmuşdur.

Konsertin sonunda Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov və Azərbaycan Respublikasının Rusiyadakı səfiri Polad Bülbüloğlu çıxış edərək “İpək Yolu” IV Beynəlxalq musiqi festivalının Azərbaycanın, eləcə də Şəkinin mədəni həyatında çox əlamətdar hadisə olduğunu bildirmiş, festivalın işinə uğurlar arzulamışlar.

Qazaxıstanın “Altınay” Dövlət Rəqs Ansamblının, Belarusun “Xoroşki” Dövlət Akademik Rəqs Ansamblının, Tacikistanın “Zebo” Dövlət Akademik Rəqs Ansamblının, Ukraynanın “Banduraçılar” duetinin, Qırğızıstanın “Ak maral” Milli Akademik Rəqs Ansamblının, Moldovanın “Flueras” Milli Mahnı və Rəqs Ansamblının, Özbəkistanın “Ofarin” Rəqs Teatrının və Rusiyanın məşhur “Beryozka” Dövlət Akademik Rəqs Ansamblının çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında