Heydər Əliyev Mərkəzində Endi Vorholun sərgisinin təşkilinə 7 ay bundan əvvəl başlanılmışdır

 

Məşhur amerikalı rəssam Endi Vorholun Heydər Əliyev Mərkəzində keçirilən “Həyat, ölüm və gözəllik” sərgisi Azərbaycanın mədəni həyatında mühüm hadisədir.

Fəaliyyətə başlamasından ötən qısa müddətdə Heydər Əliyev Mərkəzində artıq bir neçə sərgi təşkil edilmişdir. Burada, həmçinin ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə Heydər Əliyev Muzeyi də fəaliyyətə başlamışdır.

Bu sözləri dünya şöhrətli amerikalı rəssam Endi Vorholun Heydər Əliyev Mərkəzində “Həyat, ölüm və gözəllik” mövzusunda açılmış sərgisinin açılış mərasimində Mərkəzin direktoru Anar Ələkbərov jurnalistlərə müsahibəsində demişdir.

 Bildirmişdir ki, istər xarici, istərsə də yerli ziyarətçilər Mərkəzə gələrək muzeylə tanış olmuşlar. Həmçinin “Azərbaycan inciləri”  sərgisində qonaqlara Azərbaycan tarixi və mədəniyyəti haqqında geniş məlumat verilir. “Mini Azərbaycan” sərgisi də Bakıdakı və Azərbaycanın regionlarındakı tarixi memarlıq abidələrinin tanıdılması baxımından mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, buradakı fotosərgilər çox böyük maraq doğurur.

Heydər Əliyev Mərkəzinin direktoru diqqətə çatdırmışdır ki, Endi Vorholun sərgisinin təşkilinə 7 ay bundan əvvəl başlanılmış, bir sıra müzakirələr, hazırlıq işləri aparılmışdır. Qərara alınmışdır ki, Heydər Əliyev Mərkəzində ilk sərgini də məhz böyük sənətkardan başlamaq lazımdır.

Mərkəzin direktoru Endi Vorhol Muzeyində bu sərginin 2019-cu ilədək keçirilməsi planları olduğuna baxmayaraq sərginin cari ildə Bakıda reallaşdığını vurğulamış və bu işdə dəstəyə görə muzeyin rəhbərliyinə dərin təşəkkürünü bildirmişdir. O, əsərləri dünyada böyük maraq doğuran Endi Vorholun sərgisinin Bakıda da uğur qazanacağına əminliyini ifadə etmişdir.

Anar Ələkbərov onu da diqqətə çatdırmışdır ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Heydər Əliyev Mərkəzi ictimaiyyət üçün tam açıq olacaqdır. İyunun 22-dən etibarən isə sərginin biletlərinin satışına başlanılır. Qonaqlar həm Mərkəzdə fəaliyyət göstərən muzey və sərgilərlə, həm də Endi Vorholun əsərləri ilə tanış ola biləcəklər. Həmçinin internet portalında Mərkəzdəki yeniliklər haqqında məlumatlar yerləşdirilir, eləcə də insanlara biletləri daha rahat şəkildə əldə etmək imkanları yaradılmışdır. İyunun 22-dən etibarən Mərkəz istirahət və bayram günləri istisna olmaqla, hər gün fəaliyyət göstərir.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında