“Kulturologiya, mədəniyyətlərin dialoqu və beynəlxalq əməkdaşlıq”

 

 Kulturologiya insanın yeni inkişaf qanunauyğunluqları və imkanlarını dərk etmək və açmaq xüsusiyyətinə malikdir. Dünyanın aparıcı alimləri etiraf edirlər ki, bu gün fənlərarası tədqiqat müasir elmin inkişaf  əsaslarından biri olmaqdadır. Son illərdə iqtisadiyyat sahəsində Nobel mükafatı laureatı işlərinin əksəriyyətinin, əsasən, kulturoloji xarakter daşıması buna sübut ola bilər.

 Atatürk Mərkəzində “Kulturologiya, mədəniyyətlərin dialoqu və beynəlxalq əməkdaşlıq” mövzusunda kulturoloji seminarı keçirildi. Seminarı “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyası (AMA) və Azərbaycan Kulturoloqlar Cəmiyyəti Atatürk Mərkəzi ilə birlikdə təşkil etmişdilər.

 Seminarda YUNESKO-nun Sülh Mədəniyyəti İnstitutunun direktoru, “Avropa-Asiya” Beynəlxalq Humanitar Akademiyasının prezidenti, akademik Engel Tahirov kulturoloji məruzə ilə çıxış etdi. O, müasir dünyada ruhi mədəniyyətin və kulturologiyanın yüksək missiyası, başçılıq etdiyi qurumların fəaliyyəti haqqında danışdı. Akademik həmçinin professor Fuad Məmmədovun dünya kulturoloji elminə, mədəniyyətlərin dialoqu və xalqlar arasında mədəni əməkdaşlığın inkişafına verdiyi töhfəni çox yüksək qiymətləndirdi.

Professor Fuad Məmmədova “Avropa-Asiya” Beynəlxalq Humanitar Akademiyasının diplomu və “Akademikin fəxri lenti” təqdim edildi. Diplom və “Akademikin fəxri lenti” və mantiyası, hüquq sahəsində fəlsəfə doktoru, beynəlxalq əməkdaşlıq proqramları əlaqələndiricisi Renat İlyazova da təqdim edildi.

“Simurq” AMA-nın birinci vitse-prezidenti, AMEA-nın akademiki Maqsud Əliyev YUNESKO-nun Sülh Mədəniyyəti İnstitutunun direktoru, “Avropa-Asiya” Beynəlxalq Humanitar Akademiyasının prezidenti, professor Engel Tahirova kulturologiya elminin inkişafına verdiyi töhfəyə və Azərbaycan və Rusiya Federasiyası Tatarstan Respublikasının təhsil, elm və mədəniyyət xadimləri arasında humanitar əməkdaşlığa görə “Simurq” beynəlxalq medalını təqdim etdi.

Eyni zamanda, Azərbaycanda ruhi mədəniyyətin inkişafına verdiyi töhfəyə və Azərbaycan və Rusiya Federasiyası Tatarıstan Respublikasının xalqları arasında humanitar əməkdaşlığa görə Tatarıstanın Azərbaycandakı keçmiş səfiri Rəfael İlyazov “Simurq”AMA-nın fəxri üzvü Diplomu ilə təltif edildi. Elə həmin gün “Simurq” AMA ilə YUNESKO-nun Sülh mədəniyyəti İnstitutu arasında əməkdaşlıq haqqında razılaşma imzalandı.

Seminarın işində akademik Maqsud Əliyev, Azərbaycan professorlar-Nəriman Həsənzadə, Namiq Axundov, Ramiz İsgəndərov, Əsədulla Qurbanov, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru, professor Vilayət İsmayılov, Azərbaycanın xalq rəssamları - Ağaəli İbrahimov və Arif Hüseynov, Azərbaycanın xalq artisti Vasif Babayev, Azərbaycanın əməkdar müəllimi Tahir Behbudov, alimlər, politoloqlar, şairlər, qeyri-hökumət təşkilatları rəhbərləri, gənclər, jurnalistlər və Azərbaycan ziyalılarının digər nümayəndələri iştirak edirdilər.

Hörmətli qonaqların və təltif edilənlərin şərəfinə istedadlı skripkaçı Töhfə Babayeva Azərbaycan və Avropa müəlliflərinin əsərlərini ifa etdi.

A.SADIQOĞLU,

 “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında