Bakıda İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi bütün beynəlxalq qurumlar tərəfindən Azərbaycanın bu hüququ qazanmış bir ölkə kimi qəbul edilməsinin bariz nümunəsidir

 

Bakıda  İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi bütün beynəlxalq qurumlar tərəfindən Azərbaycanı bu hüququ qazanmış bir ölkə kimi qəbul edilməsinin bariz nümunəsidir.

AzərTAc xəbər verir ki, bu sözləri İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun yekunları ilə  jurnalistlərə müsahibəsində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev söyləmişdir. Vurğulanmışdır ki, Forumun ölkəmizdə keçirilməsində və bu qərarın qəbul olunmasında dünyanın nüfuzlu təşkilatları iştirak etmişlər.

Nazir bildirmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi ilə yüksək səviyyədə keçirilən İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əsas tərəfdaşları UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESCO, BMT-nin Dünya Turizm Təşkilatı kimi çox nüfuzlu qurumlar olmuşlar. Ümumiyyətlə, Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi ilə bu Forumun iki ildən bir Bakıda təşkil olunması ilə bağlı qərarın qəbul edilməsi artıq ölkəmizin  dünya mədəniyyətinin və sivilizasiyalararası dialoqun mərkəzinə çevrilməsinin göstəricisidir.

Əbülfəs Qarayev demişdir ki, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ideyasının Azərbaycanda yaranması və reallaşması həm də ölkəmizin tolerantlığına əyani sübutdur. Azərbaycanda həyata keçirilən dövlət siyasəti, ictimai-siyasi vəziyyət buna əsas verir ki, ölkəmizdə belə mötəbər tədbirlər mütəmadi keçirilsin.

Nazir diqqətə çatdırmışdır ki, Forumda dünyanın 90 ölkəsindən 500-dək nümayəndə iştirak etmişdir. Forum çərçivəsində müxtəlif mövzularda 19  sessiya keçirilmişdir. Plenar iclas və sessiyalarda beynəlxalq nüfuza malik tanınmış alimlər, görkəmli ictimai-siyasi xadimlər,  dünyanın aparıcı elm və mədəniyyət ocaqlarının rəhbərləri iştirak etmişlər.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında