“Mədəniyyətlərarası dialoq, çeşidlilik və təmsilçiliyin təşviqində vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi”

 

Mayın 31-də İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Sivilizasiyalararası Alyans” Təşkilatı tərəfindən  “Mədəniyyətlərarası dialoq, çeşidlilik və təmsilçiliyin təşviqində vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” mövzusunda işçi sessiya keçirilmişdir.

Qlobal Dialoq Fondunun icraçı direktoru Pyotr GORGİYEVSKİ inkişaf etmiş  vətəndaş cəmiyyəti  strukturunun əhəmiyyətindən söz açmış, bu istiqamətdə beynəlxalq proqramlar vasitəsilə əməkdaşlığın vacibliyini qeyd etmişdir.

Pyotr Gorgiyevski mədəniyyətlərarası dialoqda vətəndaş cəmiyyətinin rolundan bəhs etmiş və bu sahədə  BMT-nin irəli sürdüyü təşəbbüslərlə bağlı fikirləri diqqətə çatdırmışdır.

Qeyd olunmuşdur ki,  “Mərkəzi Asiyadan Mərkəzi Avropaya körpülərin qurulması” adlı yeni regional təşəbbüsə başlanılmışdır. Cənubi Qafqaz və Azərbaycan bu regional təşəbbüsün reallaşmasında mühüm rol oynayacaqdır.

Milli Məclisin deputatı, “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının sədri  Fuad MURADOV Azərbaycanda  keçirilən Ümumdünya  Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətini xatırlatmış, vətəndaş cəmiyyətinin formalaşmasında gənclərin rolunu qeyd etmişdir.

Azərbaycanın mədəniyyətlərarası inteqrasiya prosesinə böyük töhfələr verdiyini vurğulayan F.Muradov demişdir ki, ötən il Bakıda 25 ölkənin iştirakı ilə yaradılmış “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı müxtəlif mədəniyyətlərə malik gəncləri bir araya gətirmişdir. Rəhbərlik etdiyim gənclər təşkilatı bu mühüm missiyanı  tarixi İpək yolu üzərində yerləşmiş ölkələrdə davam etdirir. Biz təkcə coğrafi deyil, dünyanın paylaşdığı ümumi dəyərlər əsasında birləşməyin tərəfdarıyıq. Bu baxımdan mədəniyyətlərarası dialoq prinsiplərinin təbliğində vətəndaş cəmiyyəti təşkilatları çox böyük imkanlara malikdir.

Azərbaycanın çox mühüm bir regionda yerləşdiyini deyən deputat dövlətimizin mədəni müxtəlifliyin və əməkdaşlığın yaradılması üçün dünyanın qəbul etdiyi prinsiplərə sadiq olduğunu vurğulamışdır.

Sessiyada mövzu ilə bağlı müzakirələr aparılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında