“XXI əsrdə müxtəliflik üçün urbanizasiya siyasəti: mədəniyyətlərarası şəhər paradiqması”

 

Mayın 31-də Bakıda İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “XXI əsrdə müxtəliflik üçün urbanizasiya siyasəti: mədəniyyətlərarası şəhər paradiqması” mövzusunda işçi sessiya keçirilmişdir.

Sessiyada əvvəlcə Avropa Şurasının şəhərlərə kömək  məqsədi ilə həyata keçirdiyi “Mədəniyyətlərarası şəhərlər” (ICC) proqramı barədə məlumat verilmişdir. 

Avropa Şurasının nümayəndəsi xanım Cristina BAGLAİ bildirmişdir ki,  2008-ci ildən icrasına başlanılan bu proqram Avropanın 60-a yaxın şəhərində qəbul edilmişdir. Proqrama ABŞ və Yaponiyanın şəhərləri də qoşulmuşlar. “Mədəniyyətlərarası şəhərlər” proqramı üzrə hazırda 5 milli şəbəkə fəaliyyət göstərir.

Proqramın İspaniyadan olan eksperti Daniel de Torres BARDERİ  isə çıxışında şəhərlərdə mədəniyyətlərarası siyasətin düzgün qurulmasında qeyri-hökumət təşkilatlarının və sıravi vətəndaşların rolunu vurğulamışdır. Qeyd edilmişdir ki, şəhərlərdə əhalinin artması cəmiyyətdə sürətli təşkilatlanma, əmək bölgüsü və ixtisaslaşma yaratmaqla, insanların davranış və münasibətlərində şəhərə xas olan dəyişikliklərə yol açır. Urbanizasiya prosesi nəticəsində  torpaq çatışmazlığı və  işsizlik yaranır. Bununla yanaşı, urbanizasiya  kənd və şəhər arasındakı gəlir müxtəlifliyini aradan qaldırır,  daha yaxşı və mütərəqqi təhsil,  iş və  nəqliyyat imkanları da yaradır. Vurğulanmışdır ki, mədəniyyətlərarası siyasət elə aparılmalıdır ki, insanlar bir şəhərdən başqasına köçərkən problemlərlə üzləşməsinlər, yeni yaşayış yerinə uyğunlaşa bilsinlər.

Sonra qruplarda əhalinin kəndlərdən şəhərlərə axını zamanı, o cümlədən bir şəhərdən başqasına köçəndə qarşıya çıxan problemlər və onların həlli yolları ilə bağlı müzakirələr aparılmışdır.

Birinci qrupda urbanizasiya prosesi nəticəsində müxtəlif mədəniyyətləri təmsil edən insanların birlikdə yaşamaları və yeməkləri, təmas qurmaları zamanı ortaya çıxan problemlər  müzakirə edilmişdir.

Müzakirələrin nəticəsi olaraq italiyalı ekspert Bruno CİANCO demişdir ki, problemin həlli üçün şəhərlərdə mədəniyyət və kulinariya festivallarının keçirilməsi çox vacibdir.

İkinci qrupda isə əhalinin kəndlərdən şəhərlərə axını zamanı yaranan problemlər ətrafında fikir mübadiləsi aparılmışdır. Qeyd edilmişdir ki, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində Bakı şəhəri də bu problemlə üzləşmişdir. Torpaqlarının 20 faizi erməni silahlı qüvvələri  tərəfindən işğal edilən Azərbaycanın qaçqın və məcburi köçkünlərinin əksəriyyəti  paytaxt Bakıda məskunlaşmışdır.

 Müzakirələrdə problemin həlli üçün şəhər rəhbərliyinin üzərinə böyük vəzifələr düşdüyü diqqətə çatdırılmışdır.

İsveçrəli ekspert  Oliver FREEMAN bildirmişdir ki, belə bir şəraitdə gənclərin də qüvvəsindən istifadə olunmalıdır. Çünki gənclər yaşlılara nisbətən  yeni mühitə daha tez alışa bilirlər.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında