İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Xorvatiyanın və Bolqarıstanın keçmiş prezidentləri, Belçika Krallığının Şahzadəsi də iştirak edəcəklər

 

 

Xorvatiyanın sabiq  Prezidenti Stefan Mesiç, Bolqarıstanın keçmiş Prezidenti Qeorqi Prvanov və Belçika Krallığının Şahzadəsi Stefani de Vindisch-Graetz Bakıya gələcəklər.

  Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən  bildirmişlər ki, onlar bu il mayın 29-dan iyunun 1-dək Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi ilə “Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşamaq” şüarı altında keçiriləcək İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edəcəklər.

Ümumiyyətlə, bu mötəbər forumda beynəlxalq qurumların rəhbərləri, bir neçə ölkənin hazırkı və keçmiş prezidentləri, dünyanın 100-dən çox ölkəsindən nazirlər, ekspertlər, beyin mərkəzlərinin rəhbərləri, alimlər və mədəniyyətlərarası dialoqla məşğul olan mərkəzlərin yüksək səviyyəli nümayəndələri iştirak edəcəklər.

Bu platformanın qlobal beynəlxalq əhəmiyyəti, Azərbaycanın Şərq ilə Qərbin, müxtəlif mədəniyyətlərin kəsişməsində yerləşməsi nəzərə alınaraq ilk dəfə olaraq İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Dünya Forumu Nazirlər Konfransı keçiriləcəkdir.

Forumun əsas tərəfdaşları qismində UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESCO, BMT-nin Dünya Turizm Təşkilatı çıxış edirlər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2011-ci il 27 may tarixli fərmanı ilə forum hər iki ildə bir dəfə Bakıda keçirilir və tədbirin əlaqələndirici qurumu kimi Mədəniyyət və Turizm Nazirliyi təyin edilmişdir.

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında