Azərbaycanın muğam ifaçıları Tacikistanda

 

 

 

Azərbaycanın Tacikistandakı səfirliyindən aldığımız  məlumatda bildirilir ki, bu günlərdə Düşənbədə ənənəvi “Şaşmakom” festival-simpoziumu keçirilmişdir. Festivalda Tacikistan, Azərbaycan, İran və Əfqanıstandan muğam ustaları iştirak etmişlər.

Tacikistanın möhtəşəm Sədrəddin Ayni adına Dövlət Akademik Opera və Balet Teatrında təşkil olunan festival-simpoziumun açılışında Tacikistan Respublikasının Prezidenti Emomali Raxmon iştirakçıları təbrik etmiş və onlara uğurlar arzulamışdır.

Elmi simpoziumda Azərbaycan Milli Konservatoriyasının rektorunun müavini Akif Quliyevin məruzəsini musiqişünaslar böyük rəğbətlə qarşılamışlar. Azərbaycanın muğam ifaçıları Vüsalə Musayevanın, Hüseyn Məlikovun tarda Rəşad İbrahimovun və kamançada Təbriz Yusifovun müşayiəti ilə çıxışları Opera və Balet Teatrında və Tacikistan Milli Konservatoriyasında təşkil olunan konsertlərdə alqışlarla qarşılanmışdır.

Səfirliyin təşəbbüsü və Tacikistan Mədəniyyət Nazirliyininin dəstəyi ilə azərbaycanlı sənətkarlar Xocənd şəhərinin “Rudəki” sarayında  ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan konsertdə də çıxış etmişlər. Konsert ötən ilin oktyabrında Gəncə ilə Xocənd şəhərlərinin qardaşlaşması haqqında  imzalanan memoranduma uyğun ilk mədəni tədbir olmuşdur.

Səfir Abbasəli Həsənov Xocənd şəhərində keçirilən yubiley tədbirində qeyd etmişdir ki, ulu öndər Heydər Əliyev sovet dövründə Tacikistan üçün nəzərdə tutulan bir sıra layihələrin həyata keçirilməsinə imza atmışdır. Bununla yanaşı, o, müstəqil Azərbaycana rəhbərlik etdiyi vaxtlarda Tacikstanla münasibətlərin inkişafına xüsusi önəm vermişdir. Musiqiçilərimizi buraya gətirən tacik xalqına, onun mədəniyyətinə və musiqisinə Azərbaycan xalqının dərin məhəbbətidir. Bu konsert isə Tacikistanda ulu öndər Heydər Əliyevin xatirəsinə göstərilən hörmət və rəğbətin göstəricisidir. Bu ilin sentyabr – oktyabr aylarında Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası Xocənd şəhərində səhnəyə qoyulacaqdır.

 “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında