Bakıda keçiriləcək İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Çoxmədəniyyətli dünyada sülh şəraitində” mövzusunda müsabiqə elan edilmişdir

 

 

Bu il mayın 29-dan iyunun 1-dək Bakıda İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcəkdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi ilə “Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşama” şüarı altında reallaşacaq forumun əsas tərəfdaşları qismində UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESCO, BMT-nin Dünya Turizm Təşkilatı çıxış edirlər.

Bu platformanın qlobal beynəlxalq əhəmiyyəti, Azərbaycanın Şərq ilə Qərbin, müxtəlif mədəniyyətlərin kəsişməsində yerləşməsi nəzərə alınaraq, ilk dəfə forum çərçivəsində Dünya Forumu Nazirlər Konfransı keçiriləcəkdir.

Konfrans çərçivəsində “Mədəniyyət və yaradıcılıq mədəniyyətlərarası etimadı necə yarada bilər?”, “Mədəniyyətlərarası dialoq üçün birgə əsas: mədəni irs və turizm” sessiyaları olacaqdır.

İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda beynəlxalq qurumların rəhbərləri, bir neçə ölkənin hazırkı və keçmiş prezidentləri, dünyanın 100-dən çox ölkəsindən nazirlər, ekspertlər, beyin mərkəzlərinin rəhbərləri, alimlər və mədəniyyətlərarası dialoqla məşğul olan mərkəzlərin yüksək səviyyəli nümayəndələri iştirak edəcəklər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2011-ci il 27 may tarixli Fərmanı ilə forum hər iki ildə bir dəfə Bakıda keçirilir və tədbirin əlaqələndirici qurumu kimi Mədəniyyət və Turizm Nazirliyi təyin edilmişdir.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən  AzərTAc-a bildirmişlər ki, forum çərçivəsində Azərbaycan Respublikası və BMT-nin Sivilizasiyalar Alyansının təşkilati dəstəyi ilə Ərəb Liqasına üzv olan ölkələr və Mərkəzi Asiya ölkələri üçün “Çoxmədəniyyətli dünyada sülh şəraitində” mövzusunda müsabiqə elan edilmişdir.

Müsabiqədə qalib gələn şəxslər təşkilatçılar tərəfindən mükafatlandırılacaqlar.

 Ətraflı məlumatı www.unaoc.org saytından əldə etmək mümkündür.

Forumun proqramına “Dünyanın gələcəyini birgə necə qurmaq lazımdır?”, “Qloballaşmanın yeni erası: dəyişən dünyada mədəniyyətdə hibritləşmə”, “Mədəni müxtəliflik üçün ictimai dəstəyi necə qurmaq lazımdır?”, “Qlobal vətəndaşlıq: mədəniyyətlərarası fəaliyyətlərə doğru”, “Cənub-Şərqi Avropa, Qara dəniz və Qafqaz regionunda mədəni dəhlizlər - birgə irs, ümumi vəzifələr, davamlı gələcək”, “Tarixin tədrisi vasitəsilə mədəniyyətlərarası dialoq: ən yaxşı təcrübələr və çətinliklər”, “Müsəlman və Qərb dünyası arasında mədəniyyətlərarası dialoqun təşviq olunması”, “XXI əsr üçün mədəniyyətlərarası bacarıqların qurulması”, “Turizm - insanlar və mədəniyyətlər arasında qarşılıqlı anlaşma və tolerantlığın əsas aparıcısı kimi”, “Mədəniyyətlərarası dialoq: etiqad və elm”, “XXI əsrdə müxtəliflik üçün urbanizasiya siyasəti: mədəniyyətlərarası şəhər paradiqması”, “Mədəniyyətlərarası dialoq, çeşidlilik və təmsilçiliyin təşviqində vətəndaş cəmiyyətinin rolu”, “Mədəniyyətlərarası dialoqun və çeşidliliyin təşviqində korporativ sektorun rolu” sessiyaları daxildir.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında