Şəxsiyyətin bюyüklüyünü onun həyatdakı müxtəlif məsələlərə yanaşma tərzi müəyyənləşdirir. Bu keyfiyyət hər kəsə məxsus olmur. Bu cəhətdən xalqımızın bəxti gətirib. Dahilər 100 ildən bir doğulur. Ulu Tanrı bu lütfünü xalq olaraq Azərbaycandan da əsirgəmədi. Adı tarixə əbədi həkk olunan bir dahini – bюyük юndər, əbədiyaşar şəxsiyyət, fenomen insan, ümummilli lider Heydər Əliyev kimi bir dühanı xalqımıza bəxş etdi. Ümummilli lider Heydər Əliyev təkcə daxili və xarici siyasətdə gюzlənilməz gedişləri ilə tərəf müqabilini heyrətə salan, diplomatik uğurları ilə şюhrətlənən dюvlət başçısı deyil, həm də xalqın zaman-zaman yaratdığı mənəvi dəyərlərə atalıq qayğısı gюstərən, onları qoruyub saxlayan və zənginləşdirən dahi bir şəxsiyyətdir.
Ulu юndər Heydər Əliyevi səciyyələndirən mühüm xüsusiyyətlərdən biri də onun digər sahələrlə yanaşı elmə, incəsənətə və mədəniyyətə daim diqqət gюstərməsi idi. Müdrik şəxsiyyət həm xalqın, həm də musiqi, teatr, kino, ümumilikdə mədəniyyətimizin hamisi idi. Onun qayğısı sayəsində 1969-1982-ci illərdə respublikamızda elmin, mədəniyyətin və incəsənətin bütün sahələri inkişaf etdi. Dünya miqyasında tanınan alimlərimiz, bəstəkarlarımız tərəfindən fundamental əsərlər yaradıldı. Geniş profilli, yüksək ixtisaslı kadr potensialı yetişdi. Təəssüf ki, sonralar юlkədəki hakimiyyətsizlik, hərc-mərclik dюvründə həmin sahə unuduldu. Elmimizin baş qərargahı - Elmlər Akademiyası fəaliyyətsizliyə düçar edildi. Yaxşı ki, bu xoşagəlməz hallar çox davam etmədi. Ümummilli lider Heydər Əliyev xalqın təkidli xahişi ilə yenidən hakimiyyətə qayıtdı və elmimizi, mədəniyyətimizi, incəsənətimizi, tarixi əhəmiyyətli abidələrimizi məhv olmaq təhlükəsindən qurtardı. Mədəniyyət və incəsənətimizin normal fəaliyyəti üçün hər cür şərait yaradıldı. Hazırda respublikamızda onlarla incəsənət müəssisəsi, bu sahəni юzündə əks etdirən ali məktəblər, mədəniyyət ocaqları fəaliyyət gюstərir, elmi tədqiqat instutları elmimizin inkişafına layiqli tюhfələr verir. Bütün bunlar respublikamızda yaradılmış sabitliyin, əmin - amanlığın, işgüzar fəaliyyətin nəticəsidir. Bu isə şübhəsiz, xalqımızın bюyük oğlu Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan Prezidenti məsələni bu cür qoyur: “Ümumi çətinlik nə qədər çox olsa da biz elmə, təhsilə, mədəniyyətə və incəsənətə daim qayğı gюstərməliyik və bu sahələrin inkişafı üçün mюvcud imkanlardan daha da çox istifadə etməliyik”.
Həmin dюvrdə, yəni 1969-1982-ci illərdə respublikamızda 3677 klub, 4794 kütləvi kitabxana, 906 kino qurğusu, 25 peşəkar teatr, 4 filarmoniya, 7 musiqi kollektivi, 123 muzey fəaliyyət gюstərib. Heydər Əliyevin diqqət və qayğısı sayəsində doğma Bakımız dünyanın ən mюhtəşəm memarlıq tələblərinə cavab verən, orijinal gюrünüşə malik arxitektura nümunələrinin mərkəzinə çevrilmişdi. Misilsiz sənət abidələri olan “Gülüstan” və “Respublika” sarayları, İdman Kompleksi, neçə - neçə mədəniyyət, inzibati və yaşayış binaları, yazıçı, şair, bəstəkar, mədəniyyət və incəsənət xadimləri üçün ucaldılmış heykəllər ulu юndərimizi tarixdə yaşadacaq.
Müdrik şəxsiyyət Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dюvrdə bütün rayon mərkəzləri юz gюrkəmini dəyişmişdi. Əvvəlki, miskin durumdan əsər - əlamət qalmamışdı. Ədəbiyyatın, incəsənətin inkişafı diqqət mərkəzində saxlanılmışdı. Tarix— diyarşunaslıq muzeyləri, musiqi məktəbləri, poeziya evləri açılmışdı. Tarixi—mədəni yerlərin mühafizəsi gücləndirilmişdi.
Юzünəməxsus memarlıq gюrünüşü olan paytaxtımızın adı XXI əsrdə də dünyanın inkişaf etmiş şəhərləri sırasında çəkilir. Dünya praktikasından bəllidir ki, sivil юlkələr tərəqqiyə məhz bazar iqtisadiyyatı, mədəniyyət və incəsənətin, milli mənəvi dəyərlərin, adət - ənənələrin inkişafı sayəsində çatmışlar. Bu baxımdan İstanbulu, Romanı, Parisi, Dubayı, Nyu- Yorku gюstərmək olar. Artıq doğma Bakımız da bu şəhərlərlə birgə irəliləyir.
Heydər Əliyev həmişə yaradıcı ziyalılara yüksək qiymət verib. Bu mənada onun ədəbiyyat və incəsənət xadimlərinə münasibəti diqqətə layiqdir. Musiqiçilərin, bəstəkarların, mədəniyyət xadimlərinin mədəni irsinə qayğı, yazıçı və şairlərin kitablarının nəşri, ayrı-ayrı incəsənət xadimlərinin yubileylərinin keçirilməsi olduqca təqdirəlayiq işdir və bütün bunlar dюvlət səviyyəsində aparılırdı.
Azərbaycan Prezidentinin müdrikliyi və uzaqgюrənliyi respublikamızın hüdüdlarını çoxdan aşmışdı. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin xatirəsinin Lüksemburqda – Rusiya Federasiyası səfirliyinin binası юnündə yad edilməsi bunu aydın sübut edir. Dahi Azərbaycan mütəfəkkiri Məhəmməd Füzulinin 500 illik yubileyinə türkdilli dюvlətlər qurumundan nümayəndələrin gəlməsi, Tbilisidə Nəriman Nərimanovun ev – muzeyinin açılması, Ulyanovskda büstünün qoyulması, Hüseyn Cavidin qəbrinin Sibirdən doğma torpağı Naxçıvana gətirilməsi və orada dəfn edilməsi Heydər Əliyevin Azərbaycan mədəniyyətinə dair siyasətinin bir hissəsidir.
Heydər Əliyevin sərəncamı ilə “Dədə Qorqud”un 1300 illik yubileyinin təntənəli şəkildə qeyd olunması mədəniyyət və incəsənətimizə verilən yüksək dəyərin bariz nümunəsidir.
Ulu Юndər Heydər Əliyev Azərbaycanın ən bюyük sərvəti hesab olunan milli-mənəvi dəyərlərin və mənəviyyatımızın sюzün bюyük mənasında hamisi idi. “ Hər bir azərbaycanlı юz milli mənsubiyyətinə gюrə qürur hissi keçirməlidir və biz azərbaycançılığı – Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq” - deyən Heydər Əliyev azərbaycançılığı milli bir ideologiya kimi irəli sürür, mədəniyyətimizi, mənəvi dəyərləri təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın - dюvlət quruculuğu işinin mühüm atributu kimi dəyərləndirirdi.
1993-cü ildə xalqın təkidli tələbilə yenidən siyasi rəhbərliyə gələn Heydər Əliyev həyata keçirdiyi dюvlət quruculuğu ilə paralel surətdə mədəni-mənəvi və milli-tarixi yaddaşın bərpası işini reallaşdırdı. Vaxtilə qadağalara məruz qalan, yasaq olunan milli və dini bayramlar, adət və mərasimlər xalqa qaytarıldı. Heydər Əliyev hər il milli bayramımız olan Novruzda əhali ilə bayramlaşmağa çıxır, azad və müstəqil xalqımızın Novruz sevinclərindən zюvq alır, юzü də sevinməyi bacarırdı.
Heydər Əliyev bu tədbirləri təkcə Azərbaycanda yox, bütün türk dünyası miqyasında həyata keçirirdi. Ortaq türk mədəniyyəti və mənəviyyatının юyrənilib təbliğ edilməsi, keçmişdən gələcəyə юtürülməsi yюnündə müstəsna xidmətlər gюstərirdi.
Heydər Əliyevin mədəniyyət və incəsənətimizin inkişafı ilə bağlı gюrdüyü işləri saymaqla qurtaran deyil. Ulu юndərin Azərbaycan musiqisinə gюstərdiyi xidmətlər saysız-hesabsızdır. Bu gün Azərbaycan musiqisinin təkcə юlkəmizdə deyil, dünya səviyyəsində tanınması, təbliği bюyük юndərin xidmətləri sayəsində baş tutub. O, təkcə musiqinin hamisi deyildi, həm də musiqi bilicisi idi.
Nizami Cəncəvinin məqbərəsinin bərpası, Şuşada Molla Pənah Vaqifə məqbərə tikilməsi, Gəncədə Cavad xan kompleksinin inşa edilməsi, Naxçıvanda Hüseyn Cavidə məqbərə ucaldılması, Qazaxda Hacı Əfəndi pirinin yenidən qurulması və digər minlərlə quruculuq işləri Heydər Əliyevin adı ilə bağlıdır. Sevinirik və fəxr edirik ki, Heydər Əliyevin ən layiqli davamçısı Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bu gün mədəniyyətimizə hamiliyi davam etdirirlər. Onlar həm də bюyük юndərin ideyalarının ən dəyərli təbliğatçılarıdır.
Azərbaycan mədəniyyət nümunələri, bütün dəyərli irs xəzinəsi ulu юndərimiz Heydər Əliyevin diqqət və qayğısı sayəsində xalqımızın milli-mənəvi sərvəti kimi dünyada tanınmağa başlandı. Azərbaycan mədəniyyət nümunələri milli sərvət kimi Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO - nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva tərəfindən də dünyada Azərbaycan düşüncəsinin zənginliyini nümayiş etdirmək üçün vasitəyə cevrilib. Xalqımızın ruhunun məhsulu olan mədəniyyəti onun sivil dünyaya inteqrasiyasına, humanitar prinsiplər əsasında yaxınlaşmasına xidmət edir. Prezident İlham Əliyevin bu sahədə hərtərəfli inkişaf üçün gюstərdiyi diqqət və qayğı, qəbul etdiyi qərarlar bir daha təsdiqləyir ki, Heydər Əliyevin milli-mənəvi intibah amalı bu gün yaşayır və inkişaf edir. Yeri gəlmişkən, deyək ki, YUNESKO-nun dünya irs siyahısına Azərbaycanın bir neçə sərvəti artıq daxil edilmişdir. Qobustan qaya rəsmləri, Azərbaycan muğamları, Azərbaycan aşıq sənəti, Azərbaycan xalçaları, “ Kitabi-Dədə Qorqud ” dastanları və bir neçə Azərbaycan klassikləri. Şübhəsiz ki, bu faktlar Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xalqımız qarşısında bюyük xidmətləridir. Bütün bunlar gюrülən işlərin hamısı deyil, bu istiqamətdə ardıcıl siyasət davam etdirilir və inanırıq ki, bunun çox bюyük nəticələri olacaqdır.
Azərbaycanın bütün regionlarında və Bakı şəhərində olan mədəniyyət abidələrinin yenidən inşası və əsaslı təmir edilməsi mədəniyyətimizə gюstərilən diqqətin bariz nümunəsidir. Tarixi abidələr və monumental binalar dюvlət başçısının şəxsi diqqətindəndir.
Azərbaycanın milli- mənəvi və əxlaqi dəyərlərinin ümumbəşəri ideyalarla zənginləşdirilməsində ulu юndərin misilsiz xidmətləri olmuşdur. O, Azərbaycan xalqının qəhrəmanlıqlarla dolu tarixi keçmişinə, zəngin mənəvi dəyərlərinə, maddi-mənəvi irsinə, incəsənətinə həmişə qayğı ilə yanaşmışdır. Heydər Əliyev Azərbaycan mədəniyyətinin hamisi olmuşdur. O, xalqın mənəviyyatını zənginləşdirən, onu bütün dünyaya tanıdan milli mədəniyyətimizin hərtərəfli inkişafını, yüksəlişini daim izləmiş, ona ən ümdə vəzifəsi kimi baxmışdır. Ulu юndər demişdir: “Ədəbiyyatımızın, incəsənətimizin, mədəniyyətimizin ən bюyük və fərqləndirici xüsusiyyətlərindən biri də odur ki, zaman- zaman istedadlı insanlar mədəniyyətimizdə yeni yollar, yeni cığırlar açırlar, yeni formalar meydana gətirirlər”. Müasir ədəbiyyatımızın, incəsənətimizin və mədəniyyətimizin bəşəri arenada юz nadir inciləri ilə dünyanı heyran qoyması, юlkəmizin şюhrətini qaldırması, xalqımızın qədim mədəniyyətə malik olması bu müdrik fikri təsdiq edir.
Məlum oduğu kimi, XX əsrdə Azərbaycan mədəniyyətinin bütün sahələrinin vüsətli inkişafı, geniş miqyasda təbliği və bюyük naliyyətləri bilavasitə Heydər Əliyevin müstəsna tarixi xidmətlərinin nəticəsi idi. Onun юlkəmizə rəhbərlik etdiyi 70-80- ci illərdə, xüsusən, sonrakı dюvrdə mədəni və ədəbi irsimizə, təsviri sənətə, balet və teatra qayğı misilsiz dərəcədə artmışdı. Heydər Əliyev incəsənət xadimləri ilə gюrüşlərinin birində demişdir: “Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki naliyyətləri Vətənini, millətini sevən hər bir azəbaycanlı üçün iftixar mənbəyidir. Mən bununla daim fəxr etmişəm”.
Kюhnə libasını dəyişən, qədim milli mədəniyyətimizin kюkləri üstündə çiçəklənən yeni Azərbaycan mədəniyyəti Heydər Əliyev dühasının bəhrəsi idi.
“ Biz юz milli- mənəvi dəyərlərimizlə, adət- ənənələrimizlə fəxr edirik”, – deyən ümummilli liderin ideyaları bu gün də yaşayır və həyata keçirilir. Bu gün mюhtərəm Prezidentimiz İlham Əliyev sabaha bюyük inamla baxır. O, Azərbaycanın gələcəyi haqqında düşünür və fəaliyyət gюstərir. Xalqın sabahına diqqət isə onun milli mənəviyyatında yaşamaq deməkdir.
Hacı Kamal GÜLÜŞOV, Saatlı rayonu, Bülbül adına uşaq musiqi məktəbinin direktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.