Bakıda Dünya Turizm Təşkilatının İpək Yolu işçi qrupunun üçüncü toplantısı keçirilir

 

 

Aprelin 22-də Bakıda BMT-nin Dünya Turizm Təşkilatının (BMTDTT) İpək Yolu işçi qrupunun üçüncü toplantısı işə başlamışdır.

İpək Yolu üzərində davamlı turizmin inkişafının dəstəklənməsi və BMDTT-nin İpək Yolu təşəbbüsü çərçivəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə keçirilən tədbirdə BMDTT, UNESCO, Turizm Bələdçiləri Assosiasiyalarının Ümumdünya Federasiyası (WFTGA), iştirakçı ölkələrdən və Azərbaycandan nümayəndələr iştirak etmişlər.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tədbirdə çıxış edərək son illər ölkəmizdə turizmin inkişafı istiqamətində həyata keçirilən layihələrdən söz açmışdır.

Natiq İpək Yolu üzərində yerləşən ölkələrin tarixin müxtəlif dövrlərində iqtisadi, mədəni əlaqələrindən danışmışdır. Bildirilmişdir ki, bu ənənənin yenidən davam etdirilməsi mədəni dəyərlərin öyrənilməsi və xalqlar arasında dostluq, həmrəylik əlaqələrinin inkişafı baxımından olduqca dəyərlidir. Bu gün biz ənənəvi yollarla bu yolun daha da inkişafına çalışırıq. Bu yolun inkişafı ölkələrə marketinq, sıx əməkdaşlıq gətirəcəkdir. Bu əlaqələrdə Azərbaycanın da böyük əhəmiyyəti vardır. İpək Yolu təkcə bu konfransda iştirak edən ölkələr üçün deyil, bütün turizm aləmi üçün əhəmiyyətlidir.

Bildirilmişdir ki, bu il mayın 29-dan iyunun 1-dək Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi ilə “Çeşidli dünyada sülh şəraitində birgə yaşama” şüarı altında İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcəkdir. Forumun əsas tərəfdaşları qismində UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESCO və BMT-nin Dünya Turizm Təşkilatı çıxış edirlər.

Sonra BMDTT-nin baş katibi Taleb Rifainin tədbir iştirakçılarına salamı video-mesajla təqdim olunmuşdur.

Toplantıda çıxış edən BMDTT-nin icraçı direktoru Zoltan Somogi 2009-cu ildə Bakıda olduğunu diqqətə çatdırmışdır. Bildirmişdir ki, bu dəfəki gəlişimdə heyrətamiz dəyişikliklərin şahidi olmuşam. Azərbaycanın çox geniş turizm potensialı vardır.

Qlobal turizm strukturunun artmasının yalnız inkişaf etmiş ölkələrə aid olmadığını söyləyən Z. Somogi, ötən il Azərbaycana 2 milyon turistin gəlməsi faktını bu sahədə irəliləyişin təzahürü kimi qiymətləndirmişdir.

Qonaq demişdir ki, İpək Yolu ABŞ-dan başqa, əgər belə demək mümkündürsə, bütün dünyanı əhatə edir. Bu sahədə belə layihələrin həyata keçirilməsi mədəniyyətlərin mübadiləsi, tanıdılması, biznes və marketinq baxımından xüsusi əhəmiyyətə malikdir.

Tədbirdə 2013-cü il üçün İpək Yolu üzrə xüsusi turizm layihəsi təqdim edilmiş, layihənin planı, qısa və uzunmüddətli perspektivləri, iştirakçı ölkələrin maraqları, onlar üçün layihənin faydaları və s. müzakirə olunmuşdur.

BMDTT-nin İpək Yolu işçi qrupunun toplantısı aprelin 23-də başa çatacaqdır.

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında