Bakıda beynəlxalq muğam müsabiqəsinin açılış mərasimi olmuşdur

 

 

Martın 15-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalında üçüncü beynəlxalq muğam müsabiqəsinin püşkatma mərasimi keçirilmişdir.

AzərTAc xəbər verir ki, “Muğam aləmi” üçüncü beynəlxalq muğam festivalı çərçivəsində keçirilən bu müsabiqədə Azərbaycan, Türkiyə, İordaniya, İran, Tacikistan, Belçika, Türkmənistan, Hindistan, Çin və Mərakeş musiqiçiləri iştirak edirlər.

Azərbaycanı müsabiqədə Arzu Əliyeva, Aytən Məhərrəmova, Mirələm Mirələmov, Ariz Hüseynov, Səbinə Ərəbli, Abgül Mirzəliyev (xanəndələr), Aysu Sadıqova (qanun), Şəhriyar İmanov (ud), Şəhriyar Musayev (kamança), Bəhruz Zeynalov (tar), Pərviz Quliyev (balaban), Təbriz Yusifov (kamança) təmsil edirlər.

Məlumat verilmişdir ki, əvvəlki müsabiqələrdən fərqli olaraq builki yarışma iki nominasiya - solo muğam və instrumental muğam ifaçılığı üzrə keçirilir. Üçüncü Beynəlxalq muğam müsabiqəsinin münsiflər heyətinin sədri Azərbaycanın  Xalq Artisti Səyavuş Kərimidir. Solo muğam ifaçılığı müsabiqəsinin münsiflər heyətinə  Azərbaycandan xalq artistləri Arif Babayev, Ağaxan Abdullayev, Fransadan Jan Dürinq, Tunisdən Mahmud Gettat, Tacikistandan Abduvali Abduraşidov daxildirlər.

İnstrumental muğam ifaçılığı müsabiqəsinin münsiflər heyətinin tərkibində Azərbaycandan Nazim Kazımov, Xalq Artisti Ağasəlim Abdullayev, Türkiyədən Əhməd Misirli, Misirdən Habib Yammine, ABŞ-dan Cefri Verbok yer almışlar.

Müsabiqə hər gün səhər saat 10:00-da başlanacaqdır. Günün birinci yarısında instrumental muğam ifaçılığı, günün ikinci yarısında usə solo muğam ifaçılığı dinləniləcəkdir.

Müsabiqə martın 15-dən 18-dək iki tur üzrə keçiriləcəkdir. Birinci tur martın 15-də və 16-da, ikinci tur martın 17-də və 18-də keçiriləcək və sonuncu gün qaliblər elan ediləcəkdir. Martın 19-da isə müsabiqənin qaliblərinin iştirakı ilə qala-konsert keçiriləcəkdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında