İtaliya qəzetində Romada “Bakıya uçuş” sərgisinin açılışına həsr olunmuş məqalə dərc edilmişdir

 

 

Xüsusi müxbirimiz xəbər verir ki, İtaliyanın nüfuzlu “Messacero” qəzetinin əlavəsi olan “Kronaka di Roma”nın 7 mart tarixli nömrəsində  Romada “Bakıya uçuş” sərgisinin açılışına həsr olunmuş məqalə dərc edilmişdir. 

Jurnalist Roberta Petroniyanın “Yüz əsər. “Maxxi”də Azərbaycana həsr olunmuş “Bakıya uçuş” sərgisinə gələn çoxlu sayda insan.  İncəsənət yüksəlişdə" sərlövhəli məqaləsində vurğulanır ki, incəsənət, heç şübhəsiz, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın vizit kartıdır. Məqalədə deyilir: “Azərbaycanın incə zövqə malik birinci xanımı  şəhərimizin ritminə uyğun gələn o böyük tabloda yeni zirvə fəth etmək üçün  qayıtmışdır. Bu tablonun mərkəzində həmişə onun ölkəsi və paytaxtı nümayiş etdirilir. Birinci sırada həmişə öz müasirliyi və səmimiliyi ilə seçilən o, - Heydər Əliyev Fondunun prezidenti öz qızı ilə - Moskvada siyasət və beynəlxalq münasibətlər üzrə magistr dərəcəsi almış, illüstrasiyalı “Baku” jurnalının baş redaktoru, Fondun vitse-prezidenti və ilk növbədə rəssam olan Leyla Əliyeva ilə yanaşı dayanır.

 Leylanın kağız üzərində qrafika üslubunda çəkdiyi “Kölgə” əsəri dünən Maxxi kompleksinin D salonunda açılmış “Bakıya uçuş”  sərgisinin ümumi mənzərəsi fonunda seçilir. Musiqi, xalq yaradıcılığı və arxeologiyadan sonra növbə Azərbaycan incəsənətinə çatmışdır: iyirmi bir rəssam öz əsərlərini  nümayiş etdirmişdir. Bu əsərlər Berlin, Moskva və Londonda  təşkil edildikdən sonra Romaya gəlmiş və daha sonra Vyanaya üz tutacaq  bu  mobil sərgidəki heykəltəraşlıq  kompozisiyaları və  videomateriallar ilə müşayiət olunmuşdur”. 

Sərginin müvəffəqiyyət qazandığını vurğulayan müəllif yazır: “Mehriban xanım və Leyla xanım Əliyevalar həmin axşam Quido Reni küçəsinə gəldilər və Maxxi Fondunun prezidenti Ciovanna Melandri, Maxxinin incəsənət üzrə direktoru Anna Mattirolo və arxitektura üzrə direktoru  Marqarita Quççiona tərəfindən qəbul edildilər.

Parterdə kolleksiyaçılar və Roma ictimaiyyətinin elitası  - prodüserlər Pyetro Valsekki, Kamilla Nesbitt, Lamberto Dini, Maddalena Letta, incəsənət tarixçisi Klaudio  Strinati və xanımı Annaroza Mattey, Franko Tato və Sonya Raule, Alessandro Çerazi Barillari və nəhayət, stilist Renato Balestra toplaşmışdılar. Teatr və kino dünyasını rejissor Corcio Ferrara, Ornella Muti, Karolina Kreşentini, Pamela Villorezi, habelə Rodolfo Korsato, Klaudiya Dzanella, İvano de Matteo, Entso Monteleone, Çeçiliya Dzanuso, Toni Trupiya və Françesko Fiqus kimi bir çox başqa aktyor və aktrisalar təmsil edirdilər”.

İtaliya jurnalisti daha sonra yazır: “İlkin nümayişin bütün qonaqları üçün qırmızı və ağ şərab, habelə muzeyin düz həyətində, sobada kömür üzərində hazırlanmış təzə pitssa birlikdə apperitiv təşkil edilmişdi.

Heydər Əliyev Fondu və Azərbaycan səfirliyi tərəfindən Sent-Recisdə böyük zövqlə təşkil edilmiş qəbul gecənin davamı olmuşdur. 

Qəbula gəlmiş yüz əlli dəvətli beşulduzlu otelin binasına daxil olmuşdur: onları canlı musiqi, çiçəklər və ... şamlar qarşılamışdır. 

Qonaqları birinci xanım Mehriban Əliyeva və Azərbaycanın Romadakı səfiri Vaqif Sadıxov salamlayırdılar. İtaliya mətbəxi şərəfinə bizim təamlar təklif edilmişdi: brezaola (mal ətindən basdırma)  və kaprino (keçi əti), öz dərisində  bişirilmiş  lavrak balığı və əla növ şərablar.

Gecədə iştirak edənlər arasında  Azərbaycanın tanınmış simaları, beynəlxalq incəsənət əsərlərinin kolleksiyaçıları, akademik dairələrin və  İtaliya mədəniyyətinin  nümayəndələri, habelə Emin Məmmədov ilə birlikdə sərginin kuratoru  Erve Mikaeloff olmuşdur”.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında