“Oskar” mükafatları öz sahiblərini tapıb

Kinosevərlərin hər il səbirsizliklə gözlədikləri ənənəvi “Oskar” mükafatının  85-ci  təqdimat mərasimi keçirilib. Şou dünyanın 225 ölkəsində ABC telekanalı vasitəsilə canlı yayımlanıb. 

  Həmişəki kimi təntənəli keçən tədbirin aparıcısı  məşhur animator, prodüser Set Makfarley olub. Mükafatın əsas nominasiyasında qalibin - “ilin ən yaxşı filmi”nin adını Amerikanın birinci xanımı  Mişel Obama tədbirə onlayn qatılaraq elan edib.  Bu nominasiyada Ben Afflekin kəskin süjetli “Arqo əməliyyatı” filmi qalib olub.  Mükafatı filmin yaradıcılarına aktyor Cek Nikolson təqdim edib. 1979-cu ildə Tehranda  girov götürülmüş amerikalıların azad edilməsindən bəhs edən film, həm də montajına və ssenarisinin reallaşdırılmasına görə  mükafat alıb.

    Məşhur rejissor və ssenarist Kventin Tarantino bu nominasiyada qalib olmasa da, “Azad olumuş Canqo” filminin ssenarisinə görə “Oskar”la mükafatlandırılıb. Bu filmdəki roluna görə avstriyalı aktyor Kristof  Valts ən yaxşı ikinci plan aktyoru kimi «Oskar»a sahibi olub. Aktrisa Enn Hetuey «Səfillər» filmindəki roluna görə ilin ən yaxşı ikinci plan aktrisası kimi mükafatlandırılıb.    

    Ən yaxşı rejissor işinə görə mükafatı “Pinin həyatı” filminin rejissoru Enq Li əldə edib. Ekran əsəri ən yaxşı operator işi və xüsusi effektlərə görə də yaradıcı heyətə “Oskar” qazandırıb.

  Ən yaxşı qadın aktrisa nominasiyası üzrə mükafata  “Mənim sevgilim-dəlidir” filmindəki roluna görə Cennifer Lourans layiq görülüb.  Stiven Spilberqin «Linkoln» filmindəki rolu ilə Deniel Dey Luis ən yaxşı kişi aktyor seçilərək öz 3-cü “Oskar”ını qazanıb.  

 

   “Cəsur ürəkli” cizgi filmi İlin ən yaxşı animasiya  lenti elan edilib.  Britaniyalı rejissor Co Raytın “Anna Karenina” filmi isə ən yaxşı kostyum işinə görə “Oskar”la mükafatlandırılıb. Ən yaxşı qrim işi üzrə mükafat Tom Huperin “Məzlumlar” filminə təqdim edilib. Maykl Hanekin “Sevgi” filmi isə xarici dildə ən yaxşı film nominasiyası üzrə qalib olub.

    Britaniyalı müğənni Adel  “007:”Skayfol”un koordinatları” filminin soudtrekinə görə “Oskar” qazanıb.

  İlin ən yaxşı qısametrajlı filmi rejissor Şon Kristensin “İndi və ya heç vaxt”, ən yaxşı qısametrajlı sənədli filmi  “Məsum”, ən yaxşı sənədli filmi isə Malik Bendjellulun “Şəkər adamın axtarışlarında” filmi olub.  

     Mükafat ümumilikdə 24 nominasiya üzrə təqdim edilib.  Nominasiyaların sayına görə  Stiven Spilberqin “Linkoln” və Enqa Linin “Pinin həyatı” filmləri  birinci yerdə olub. Bundan başqa “Sevgi”, “Arqo əməliyyat”, “Azad edilmiş Canqo”, “Məzlumlar”, “Mənim sevgilim-dəlidir” və “Hədəf nömrə bir” filmləri də çoxsaylı nominasiyalara layiq görülüb.

Aida AYSA,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında