Azərbaycanlı rejissora layiq görüldüyü mükafatı Türkiyənin Avropa İttifaqı ilə danışıqlar üzrə dövlət naziri təqdim etmişdir

Xəbər verdiyimiz kimi, gənc azərbaycanlı rejissor Samir Fərzəlibəyov İstanbulda fəaliyyət göstərən Avropa Qəzetçilər Dərnəyinin (AQD) keçirdiyi müsabiqədə "Ən yaxşı rejissor" nominasiyasında qalib gələrək eyniadlı mükafata layiq görülmüşdur. Qardaş ölkənin bu mükafatı həmyerlimizə özünəməxsus yaradıcılıq fəaliyyətinə görə verilmişdir.
Rejissor Samir Fərzəlibəyov bu münasibətlə iyulun 6-da mətbuat konfransı keçirmişdir.
Gənc rejissor son illər əldə etdiyi uğurlardan, yaradıcılıq planlarından danışmışdır. S.Fərzəlibəyov vurğulamışdır ki, hazırda qardaş ölkədə fəaliyyət göstərən bir çox firmalar tərəfindən dəvət almışdır. O, artıq bu təklifləri dəyərləndirdiyini bildirmişdir.
Tədbirdə çıxış edən sənətkarın atası, tanınmış rejissor, xalq artisti Mərahim Fərzəlibəyov oğlunun uğurlarına sevindiyini söyləmişdir. Bildirmişdir ki, bu mükafat oğlunu daha da məsuliyyətli olmağa, öz üzərində inamla, yorulmadan çalışmağa sövq edir.
Mətbuat konfransında diqqətə çatdırılmışdır ki, mükafatın təqdimatı mərasimində Türkiyənin siyasət, sənət, iş və media dünyasının tanınmış simaları bir araya gəlmişlər. Samir Fərzəlibəyova mükafatı Türkiyənin Avropa İttifaqı ilə danışıqlar üzrə dövlət naziri Egemen Bağış təqdim etmişdir.
Bildirilmişdir ki, müxtəlif nominasiyalar üzrə AQD-nin mükafatlarına Türkiyə Prezidenti Abdullah Gül, dövlət naziri Egemen Bağış, eləcə də sənət dünyasında tanınmış simalar Müazzəz Ersoy, şoumen Beyaz, populyar müğənni Sıla, Səlami Şahin, "Babutsa" qrupu, Soner Sarikabadayi, aktyor Ozan Güven, "Ezel" serialı və bir sıra iş adamları, siyasətçilər, TV kanalları layiq görülmüşlər.
Tədbirdə mükafatın təqdimat mərasimindən çəkilmiş videogörüntülər nümayiş etdirilmişdir.
Qeyd edək ki, bu mükafat artıq 10 ildir ki, istedadlı insanlara verilir.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında