Azərbaycan ilə Sloveniya arasında informasiya sahəsində əlaqələrin genişləndirilməsi məsələləri müzakirə edilmişdir

 

Sloveniya Azərbaycan ilə informasiya sahəsində əlaqələrin inkişafında maraqlıdır. 

Bu fikri Sloveniyanın tanınmış incəsənət professoru xanım Vesna Çrnivets yanvarın 16-da Azərbaycan Dövlət Teleqraf Agentliyində (AzərTAc-da) baş direktor Aslan Aslanov ilə görüşdə söyləmişdir.

Azərbaycanı sevdiyini, ölkəmizdə rəsmi səfərdə olan Sloveniyanın Baş naziri Yanez Yanşanın başçılıq etdiyi nümayəndə heyətinin tərkibində növbəti dəfə Bakıya gəldiyindən məmnunluğunu bildirən xanım Vesna Çrnivets paytaxtımızda müşahidə etdiyi inkişafın onda xoş təəssürat doğurduğunu diqqətə çatdırmışdır. 

Görüşdə bir çox layihələrin həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə edilmiş, Avropa Xəbər Agentlikləri Alyansının (EANA) üzvləri olan AzərTAc ilə Sloveniya Mətbuat Agentliyi (STA) arasında əməkdaşlığın inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparılmışdır. 

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında