İsmayıl Əfəndiyevə həsr olunur

Muzey Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Dövlət Film Fondunun təşkilatçılığı ilə Azərbaycanın əməkdar artisti, görkəmli aktyor, rejissor, teatr və kino xadimi İsmayıl Əfəndiyevin anadan olmasının 100 illik yubiley gecəsi və sənətkara həsr edilmiş fotosərginin açılış mərasimi keçirilmişdir.
Bu barədə nazirliyin mətbuat xidmətindən xəbər verilmişdir. Azərbaycanın əməkdar artisti, teatr və kino xadimi, aktyor və rejissor İsmayıl Mahmud oğlu Əfəndiyev 1910-cu il avqustun 10-da Şamaxı şəhərində dünyaya göz açmışdır. 1929-cu ildə Bakıda Pedaqoji Texnikumu bitirəndən sonra bir müddət pedaqoji fəaliyyət göstərmişdir. Lakin incəsənətə, teatra olan maraq onu 1932-ci ildə Bakı Türk İşçi Teatrına gətirib çıxarmışdır. Bu teatr Gəncəyə köçürülərkən İ.Əfəndiyev də kollektivlə birgə yeni iş yerinə köçür. O, 1939-cu ilə kimi Gəncədə fəaliyyətini davam etdirir. Burada teatr səhnəsində uğurla çıxış edərək, bir sıra tamaşalarda müxtəlif səpgili obrazlar yaradır.
1939-cu ildə İsmayıl Əfəndiyev kinostudiyada işə qəbul olunur. Burada ömrünün sonuna kimi müxtəlif vəzifələrdə çalışır.
İ.Əfəndiyev 1935-ci ildə rejissor A.M.Şərifzadənin "Məhəbbət oyunu" kinokomediyasında çəkilmiş, aşiq Səttar surətini yaratmışdır. Bundan sonra o, aktyor kimi "Yeni horizont" (1940, geoloq Ədil Kərimov), "Səbuhi" (1941, Rza), "Vətən oğlu" (1941, Kamal Qasımov), "Bəxtiyar" (1955, İsmayılov), "Qara Daşlar" (1956, İmanov), "Qızmar günəş altında" (1957, Nadirov), "Əmək və qızılgül" (1965, həkim), "İnsan məskən salır" (1967, Şirəli) və s. bədii filmlərdə müxtəlif obrazlar yaratmışdır. Lakin aktyora şöhrət qazandıran "Arşın mal alan" (1945, Süleyman), "Fətəli xan" (1947, əmir Həmzə) və "O olmasın, bu olsun" (1956, Həsənqulu bəy) filmləri olmuşdur.
Bundan başqa İ.Əfəndiyev "Bəxtiyar" bədii filmində II rejissor işləmiş, Ş.Şeyxovla birgə "Kölgələr sürünür" macəra filminə (1958) quruluş vermişdir. O, eyni zamanda rejissor kimi bir neçə sənədli film çəkmiş, 200-ə qədər xarici filmi Azərbaycan dilinə dublyaj etmişdir.

{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında