“Son döyüşə gedən yol” kitabının təqdimatı olub

Azərbaycan Yazıçılar Birliyinin (AJB) “Natəvan” klubunda tanınmış yazıçı Solmaz Muxtarovanın “Son döyüşə gedən yol” kitabının təqdimat mərasimi olmuşdur.

 Azərbaycan Yazıçılar Birliyinin (AJB) “Natəvan” klubunda tanınmış yazıçı Solmaz Muxtarovanın “Son döyüşə gedən yol” kitabının təqdimat mərasimi olmuşdur. Tədbiri AJB-nin mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlu açaraq S.Muxtarovanın həyat və yaradıcılığı haqqında qısa məlumat verərək yazıçının Vətənə, torpağa məhəbbət ruhunda qələmə alınmış əsərlərinin, o cümlədən yeni “Son döyüşə gedən yol” kitabında toplanmış yeni hekayə və povestlərin  oxucuların dərin marağına səbəb olduğunu bildirmişdir.

Mərasimdə çıxış edən şair və yazıçılar bu yaxınlarda 70 yaşı tamam olmuş yazıçının əsərlərinin bir sıra məziyyətləri barədə söz açmış, ona yeni yaradıcılıq uğurları və cansağlığı arzulamışlar.

Sonda Yazıçı S.Muxtarova çıxış edərək təqdimat mərasiminə toplaşanlara dərin minnətdarlığını bildirmiş, vətənpərvərik ruhunda bundan sonra da əzmlə yazıb-yaradacağını söyləmişdir.

“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında