Mirzə Fətəli Axundzadənin əsərləri ilk dəfə macar dilində nəşr olunmuşdur

Azərbaycanın Macarıstandakı səfirliyinin təşəbbüsü ilə Mirzə Fətəli Axundzadənin anadan olmasının 200 illiyi münasibətilə dahi ədibin əsərləri ilk dəfə macar dilində nəşr edilmişdir.

Azərbaycanın Macarıstandakı səfirliyinin təşəbbüsü ilə Mirzə Fətəli Axundzadənin anadan olmasının 200 illiyi münasibətilə dahi ədibin əsərləri ilk dəfə macar dilində nəşr edilmişdir.

 “Mirzə Fətəli Axundzadə. Komediyalar və nəsr” adlanan kitaba böyük ədibin altı komediyası və “Aldanmış kəvakib” povesti daxil edilmişdir. Əsərləri orijinaldan azərbaycanşünas alim, Bakı Dövlət Universitetinin məzunu Mariya Keneşi çevirmişdir.

  Ölkəmizin Macarıstandakı səfiri Vilayət Quliyev kitaba “Yeni Azərbaycan ədəbiyyatının banisi” adlı geniş müqəddimə yazmışdır. Burada Mirzə Fətəli Axundzadənin XIX əsr Azərbaycan və bütünlükdə türk-islam dünyasının ədəbi-mədəni və ictimai-siyasi həyatındakı böyük rolundan, onun çoxcəhətli yaradıcılığı ilə yeni ədəbiyyatın və milli dirçəlişin banisinə çevrilməsindən bəhs edilir.

Hazırda səfirlik böyük ədibin pyeslərindən birinin macar səhnəsində tamaşaya qoyulması üçün bu ölkənin teatrları ilə danışıqlar aparır.

Pərvanə QARAYEVA
AzərTAc-ın xüsusi müxbiri
Budapeşt


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında