Bakıda QDİƏT PM-in mədəniyyət, təhsil və sosial məsələlər komitəsinin 39-cu iclası keçirilmişdir

Noyabrın 26-da Bakıda, Milli Məclisdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament məclisinin Baş Assambleyasının 40-cı plenar sessiyası çərçivəsində Mədəniyyət, təhsil və sosial məsələlər komitəsinin 39-cu iclası keçirilmişdir.
QDİƏT PM-nin sədr müavini Azərbaycanın bu təşkilatdakı nümayəndə heyətinin rəhbəri Asəf Hacıyev iclası açaraq iştirakçıları Azərbaycan dövlətinin başçısı və Milli Məclisin rəhbərliyi adından salamlamış, bu cür görüşlərin üzv ölkələr arasında əlaqələrin inkişafında əhəmiyyətindən danışmışdır.
Sonra QDİƏT PM-nin mədəniyyət, təhsil və sosial məsələlər komitəsinin sədri, Azərbaycan Milli Məclisinin deputatı Jalə Əliyeva çıxış edərək demişdir ki, iclasda QDİƏT-ə üzv olan dövlətlərin sosial təminat sistemində islahatların həyata keçirilməsi ilə bağlı məruzə dinləniləcək, müzakirələr aparılacaq, Baş Assambleyaya məruzəçi təyin olunacaqdır. Eyni zamanda, təşkilati məsələyə baxılacaqdır. Jalə Əliyeva məruzə ilə bağlı qısa məlumat vermiş, Azərbaycanda həyata keçirilən pensiya islahatları, əhalinin sosial təminatının gücləndirilməsi, işsizliyin aradan qaldırılması, yoxsulluğun azaldılması istiqamətində görülən işlərdən bəhs etmişdir.
Sonra Ukraynanın QDİƏT PM-də sədr müavini, Lilia Qriqoryeviç "QDİƏT-ə üzv olan dövlətlərin sosial təminat sistemində islahatlar" mövzusunda məruzə ilə çıxış etmiş, müzakirələr aparılmışdır.
Məruzə və müzakirələrdə qeyd olunmuşdur ki, dünyada baş verən qlobal maliyyə böhranı bir sıra ölkələrdə işsizlik problemi yaratmış, yoxsulluğun səviyyəsi artmışdır. Lakin QDİƏT-ə üzv ölkələrin bəzilərində, o cümlədən Azərbaycanda sosial təminat sahəsində həyata keçirilən islahatlar nəticəsində əhalinin aztəminatlı təbəqəsinin rifah halı yaxşılaşmış, yoxsulluğun səviyyəsi xeyli aşağı düşmüşdür.
Azərbaycanda əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin təminatı sahəsində ciddi islahatlar həyata keçirilmiş, bunun nəticəsində yoxsulluğun səviyyəsi aşağı enmiş, məcburi köçkünlərin müavinətinin həcmi, dövlət sektorunda çalışanların maaşları yüksəlmiş, 2010-cu ildən isə pensiyaların baza hissəsi artırılmışdır. Bu sahədə islahatlar uğurla davam edir.
Daha sonra iclasda təşkilati məsələyə baxılmış, Moldova nümayəndə heyətinin başçısı Naye Simion Plaşka bu komitənin sədrinin müavini seçilmişdir. Lilia Qriqorieviç Baş Assambleyada və komitənin gələn ilin martında Moldovada keçiriləcək iclasında məruzəçi təyin olunmuşdur. Jalə Əliyeva isə bu iclaslarda komitənin tövsiyələrini təqdim edəcəkdir.
İclasda, həmçinin 2012-ci ilin ikinci yarısındakı fəaliyyəti ilə bağlı hesabat dinlənilmiş, QDİƏT PM-nin yaranmasının 20-ci ildönümü ilə bağlı Bəyannamənin layihəsi təsdiqlənmişdir.
Komitənin iclasında 12 üzv ölkədən 9-nun nümayəndə heyətləri iştirak etmişdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında