Görkəmli müğənni Şövkət Ələkbərovanın 90 illiyi qeyd edilmişdir

Noyabrın 14-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında görkəmli müğənni, xalq artisti Şövkət Ələkbərovanın 90 illiyinə həsr olunmuş tədbir keçirilmişdir. 
AzərTAc xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları filarmoniyanın foyesində sənətkarın həyat və yaradıcılığını əks etdirən fotosərgi ilə tanış olmuşlar.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Ş.Ələkbarovanın özünəməxsus ifaçılıq üslubundan, Azərbaycan musiqi sənətinə verdiyi bənzərsiz töhfələrdən söz açmışdır.
Nazir demişdir ki, Şövkət Ələkbərovanın sənəti daim dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. Məhz bunun bariz nümunəsidir ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə sənətkarın 90 illik yubileyi ölkəmizdə geniş şəkildə qeyd edilməkdədir. Bu tədbirlərdə Ş. Ələkbərovanın xatirəsi anılmaqla yanaşı, ölməz sənətkarın yaradıcılığı bir daha gənc nəslə çatdırılır. Azərbaycan musiqi sənətində öz sözünü demiş böyük sənətkar Şövkət Ələkbərovanın ifa etdiyi mahnılar insanları sevməyə, həyata dəyər verməyə, Vətənə bağlılığa, səmimi olmağa səsləyir. Belə bir sənətkarın irsinin təbliği gənclərin musiqi zövqünün inkişafı baxımından böyük əhəmiyyət daşıyır.
Vurğulanmışdır ki, müğənninin ifa etdiyi mahnılar ilk gündən dinləyicilərin ürəklərinə yol taparaq yaddaşlarda həkk olunurdu. Şövkət Ələkbərova o nadir şəxsiyyətlərdəndir ki, sağlığında özü haqqında xoş təəssürat, dünyasını dəyişəndən sonra isə xoş xatirələr qoymuşdur. Bu isə insanın fəxr etdiyi ən yüksək zirvədir.
Tədbirdə bənzərsiz ifaları ilə könülləri fəth edən mərhum sənətkarın lent yazılarından istifadə olunmuş, həmçinin Şövkət Ələkbərovanın möhürünü qoyduğu mahnılar tələbələrinin, tanınmış və gənc sənətçilərin ifasında yenidən səslənmişdir.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında