Opera və Balet Teatrının gənc solisti Çinarə Şirinovanın Türkiyədə keçirilən Beynəlxalq opera festivalında uğurlu çıxışları

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının mətbuat xidmətindən aldığımız məlumata görə, "Türksoy" xətti ilə Türkiyədə hər il Beynəlxalq opera sənəti festivalı keçirilir. Bu il həmin festival iyunun 6-dan 14-nə kimi Türkiyənin Mersin və Kiprin Qirnə şəhərlərində keçirilmişdir.
Festivalda Azərbaycan opera sənətini teatrın gənc və istedadlı solisti Çinarə Şirinova təmsil etmişdir. Azərbaycan təmsilçisi ilə yanaşı bu festivalda Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tatarıstan, Başkırsdan, Xakasiya, Qağauziya və Şimali Kiprin opera teatrlarının aparıcı solistləri də iştirak etmişlər.
Festivalın açılışı günü Çinarə Şirinova Mersin simfonik orkestrinin rəhbərliyi ilə P.Maskaninin "Kənd namusu" operasından Santutsanın ariyasını ifa etmişdir. Onun çıxışı tamaşaçıların sürəkli alqışları və "bravo!" sədaları ilə müşayiət olunmuşdur.
Qirnə şəhərində keçirilən konsertdə isə Şirinova klassik operalardan parçalarla yanaşı, Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettasından Gülçöhrənin ariyasını ifa etmişdir. Onun festivaldakı çıxışı çox böyük uğurla keçmiş və konsertdə iştirak edən İstanbul, Mersin, İzmir və Ankaranın opera teatrlarının nümayəndələri Çinarəni öz teatrlarına qastrola dəvət etmişlər.
Çinarə Şirinovanın çıxışı "Türksoy"un baş katibi Düsen Kaseyinov tərəfindən də yüksək qiymətləndirilmişdir.

{nl}

A.ÜLVİ, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında