Səudiyyə Ərəbistanı nümayəndə heyəti İçərişəhərlə tanış olmuşdur

Bakıda səfərdə olan Səudiyyə Ərəbistanı Krallığı Şura Məclisinin sədri Abdullah bin Məhəmməd bin İbrahim Al əş-Şeyxin başçılıq etdiyi nümayəndə heyəti paytaxtın görməli yerləri ilə tanış olmuşdur.
İçərişəhərlə tanışlıq zamanı dünya şəhərsalma sənətinin nadir nümunəsi, YUNESKO-nun "Dünya irsi siyahısı"na daxil edilmiş "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu, eləcə də burada aparılan abadlıq işləri barədə qonaqlara ətraflı məlumat verilmişdir.
Gəzinti orta əsr Şərq memarlığının şah əsəri, dünya əhəmiyyətli tarix-memarlıq abidəsi olan "Şirvanşahlar Sarayı Kompleksi" ilə tanışlıqdan başlamışdır. Nümayəndə heyətinə bildirilmişdir ki, XV əsrin əvvəllərində inşa olunmuş tarixi ansamblın tikililəri İçərişəhərin təpələrindən birinin ən hündür nöqtəsində yerləşir. O, Xəzər dənizindən və şəhərin ətrafındakı yüksəkliklərdən aydın görünür.
Daha sonra qonaqlar Azərbaycanın geniş tarixi iqtisadi-mədəni əlaqələrindən xəbər verən, ölkə əhəmiyyətli abidə - Buxara Karvansarası ilə tanış olmuşlar.
Gəzinti Qız qalası ilə tanışlıqla sona çatmışdır. Bakının simvolu əzəmətli Qız qalasının qədim və zəngin tarixi qonağın diqqətinə çatdırılmışdır.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında