Onun əsas mükafatı dağıstanlıların ümumxalq hörməti və minnətdarlığıdır

İyunun 16-da Mahaçqalada, Rus Dram Teatrının böyük zalında Dağıstanın və Rusiyanın görkəmli dövlət və siyasi xadimi, Dağıstan Respublikası Dövlət Şurasının fəxri sədri Maqomedali Maqomedovun 80 illiyinə həsr edilmiş təntənəli yığıncaq keçirilmişdir.
Yığıncaqda Dağıstan Respublikasının Prezidenti Maqomedsalam Maqomedov, İnquşetiya Respublikasının Prezidenti Yunusbek Yevkurov, Şimali Osetiya - Alaniya Respublikasının Prezidenti Taymuraz Mamsurov, Qaraçay-Çərkəz Respublikasının Prezidenti Boris Yebzeyev, RF Federasiya Şurasının üzvü, RF Dövlət Dumasının deputatı Xizri Şıxsəidov, Çeçenistan Respublikası parlamentinin sədri Dukvaxa Abdurahmanov və digər rəsmi şəxslər iştirak etmişdir. İclasda ölkəmizi Azərbaycan Respublikası Baş nazirinin müavini Elçin Əfəndiyev təmsil etmişdir.
Əvvəlcə Dağıstan Respublikası hökumətinin sədri Maqomed Abdullayev yubilyarın bioqrafiyasının əsas mərhələləri üzərində dayanmışdır. Qeyd etmişdir ki, Maqomedali Maqomedov Dağıstan tarixində haqlı olaraq fəxri yer tutur. M.Abdullayev demişdir: "Tarix və cəmiyyət bu görkəmli dövlət və siyasi xadimin rolunu hələ təhlil etməli və qiymətləndirməlidir".
Maqomedali Maqomedov öz əməyinə görə bir çox dövlət mükafatları ilə təltif edilmişdir. Lakin onun əsas mükafatı özünün yüksək insani və vətəndaş keyfiyyətlərinə görə, dağıstanlıların ümumxalq hörməti və minnətdarlığı olmuşdur.
Sonra RF Federasiya Şurasının üzvü Aslanbek Aslaxanov yubilyarı təbrik etmiş və Rusiya Federasiya Şurasının sədri Sergey Mironovun təbrik teleqramını oxumuşdur.
Baş nazirin müavini Elçin Əfəndiyev Azərbaycan Prezidenti İlham Əliyevin adından yubilyarı təbrik etmişdir. O, Maqomedali Maqomedova müraciət edərək demişdir: "Azərbaycanda sizi müdrik siyasi xadim kimi sevir və hörmət edirlər. Siz Azərbaycanın və Dağıstanın qardaş xalqları arasında dostluq əlaqələrinin möhkəmlənməsi naminə çox iş görmüsünüz".
Çıxış edənlərin hər biri Maqomedali Maqomedovun millətlərarası həmrəyliyin möhkəmləndirilməsi, beynəlxalq terrorizm qüvvələrinə qarşı mübarizə, Dağıstan Respublikasında və bütövlükdə Rusiya Federasiyasında ictimai-siyasi sabitliyin təmin edilməsi işinə verdiyi töhfələri qeyd etmişlər.
Dağıstan Respublikası Dövlət Şurasının fəxri sədri Maqomedali Maqomedov səmimi sözlərə və təbriklərə görə hamıya təşəkkür etmişdir. O, Rusiya Prezidenti Dmitri Medvedevə və RF Baş naziri Vladimir Putinə Dağıstana göstərdikləri daimi köməyə və respublikanın ehtiyaclarına diqqətə görə ayrıca təşəkkür etmişdir.
Kiçik fasilədən sonra tədbir bayram konserti ilə davam etmişdir. Konsertdə respublikanın tanınmış vokal və xoreoqrafiya kollektivləri çıxış etmişlər.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında