Sankt-Peterburq şəhərində turizmlə bağlı ölkələrarası ilk işçi seminar keçirilmişdir

Bu günlərdə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv ölkə universitetlərinin turizm sahəsində beynəlxalq elm və təhsil konsorsiumu təsisatçılarının ilk işçi seminarı olmuşdur.
Seminarda ölkəmizi Azərbaycan Turizm İnstitutunun tədris şöbəsinin müdiri Nərminə Abdullayeva təmsil etmişdir. O, seminardakı çıxışında çalışdığı institutun ötən illərdəki fəaliyyəti, onun ölkədəki digər ali təhsil ocaqları sırasında tutduğu mövqe və xarici tərəfdaşlarla əlaqələri, ikili diplom təcrübəsi, yüksək ixtisaslı turizm kadrlarının hazırlanması məsələlərinə həsr olunmuş məruzə ilə çıxış etmişdir. Seminarda akademik heyət və tədqiqatçılar üçün nəzərdə tutulmuş yay məktəblərinin işi barədə fikirlər səsləndirilmişdir. Həmçinin muzeyşünaslıq ixtisası üzrə təhsil alan tələbələrin təcrübə mübadiləsi, ikili diplom proqramı çərçivəsində müştərək magistr proqramlarının təşkili və s. problemlər də başlıca müzakirə predmeti olmuşdur.
Tədbirin son günündə seminar iştirakçıları tərəfindən QDİƏT-ə üzv olan ölkə universitetlərinin turizm sahəsində beynəlxalq elm və təhsil konsorsiumunun yaradılması haqqında təkliflər paketinin hazırlanıb müvafiq quruma təqdim edilməsi qərara alınmışdır.

{nl}

Z. BƏŞİRQIZI, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında