Slovakiyanın "Eurovision-2012" yarışmasında təmsilçisi Max Jason Mai Bakıda maksimum şou vəd edir

Slovakiyanın "Eurovision-2012" mahnı müsabiqəsində təmsilçisi Max Jason Mai "Baku Crystal Hall"ın səhnəsində çıxışının mahiyyətini belə izah edir: "Maksimum səy + Maksimum şou + Maksimum performans".
AzərTAc eurovision.az saytına istinadla xəbər verir ki, özünü bütün Avropaya tanıda bilmək üçün "Eurovision" fürsətini yüksək qiymətləndirən Max Jason Mai müsabiqədə iştirak edə bilmək üçün bir çox fədakarlıqlar göstərməli olmuşdur.
Müğənni bununla bağlı demişdir: "RTVS" televiziyası ilə imzaladığım müqaviləyə əsasən, "Eurovision"da iştırakımla əlaqədar bütün xərclərimi özüm ödəməli idim. Bakıda peşəkar şərtlərlə mükəmməl mahnı və şou göstərə bilməkdən ötrü hər şeyi satdım. Slovakiya kimi kiçik bir ölkə üçün bu müsabiqədə qalib gəlmək necə də böyük şansdır! Hələ də buna can atıram. Slovakiyada bir çoxları mənim dəli olduğumu düşünür. Mən isə onlara fikir vermirəm. Əksinə bundan qürur duyur və uğur qazanacağıma inanıram..."
Max Jason Mai "Don't Close Your Eyes" adlı müsabiqə mahnısı ilə "Baku Crystal Hall"ın səhnəsinə mayın 24-də 15-ci çıxacaqdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında