Mədəniyyət və Turizm Nazirliyi: "Eurovision 2012" mahnı müsabiqəsi ilə bağlı Azərbaycana gələn turistlərin yerləşdirilməsində heç bir problem olmayacaq

"Eurovision 2012" mahnı müsabiqəsi çərçivəsində Azərbaycana gələn turistlərin yerləşdirilməsində heç bir problem olmayacaq.
"APA-ECONOMICS"in xəbərinə görə, bu barədə Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin müdiri Aydın İsmiyev açıqlama vermişdir. Onun sözlərinə görə, ölkədə fəaliyyət göstərən turizm şirkətləri lazım olan qədər turistə xidmət göstərməyə hazırdır.
A.İsmiyev bildirmişdir ki, hotel biznesi özəl sektor olsa da, mehmanxanalara qiymətlərin sabit saxlanılması tövsiyə olunmuşdur: "Hazırda ölkədə 178 turizm şirkəti və 312 hotel fəaliyyət göstərir. Hotellərdə yerlərin sayı 11 mindən artıqdır".
Nazirlik rəsmisi onu da qeyd etmişdir ki, ümumiyyətlə, bu il Azərbaycana gələn turistlərin sayının 2011-ci ildəkindən çox olacağı gözlənilir: "Ötən il Azərbaycana 2 milyon əcnəbi gəlib ki, onlardan da 1,8 milyon nəfəri turist olub. Bakıda keçiriləcək "Eurovision 2012" mahnı müsabiqəsi ilə əlaqədar və ümumiyyətlə, son zamanlar Azərbaycana xarici vətəndaşların marağı artıb. Təkcə "Eurovision" mahnı müsabiqəsi ilə əlaqədar Azərbaycana 40 ölkədən çox təmsilçi gələcək. Ümid edirik ki, bu il ölkəmizə gələn turistlərin sayı ötən ildəkindən çox olacaq".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında