"Bakı Kristal Zalı"nın fasadında "Eurovision 2012"-də səhnəyə çıxacaq iştirakçı ölkənin bayrağı nümayiş olunacaq

"Eurovision 2012" mahnı müsabiqəsinin keçiriləcəyi "Bakı Kristal Zalı" çoxlu sayda rəngarəng işıqlandırma sistemləri ilə bəzədiləcək.
Kompleksin fasadı üzərində müxtəlif rənglərdən ibarət 45 minə yaxın işıq çalarları olacaq. Bu barədə Trend-ə kompleksin tikintisi üzrə layihənin tərəfdaşı İsveçrənin "Nüssli International AG" şirkətindən bildirmişlər:
"Fasad özü də şou üçün istifadə olunacaq. Hətta səhnəyə çıxacaq iştrakçı ölkəni elan edərkən həmin ölkənin bayrağının rənglərini fasad üzərində əks etdirmək də mümkün olacaq".
"Bakı Kristal Zalı"nın fərqləndirici xüsusiyyəti ondan ibarətdir ki, onun işıq saçan büllur görünüşü olacaq.
Artıq kompleksdə işlərin böyük bir hissəsi başa çatmışdır. Aprelin ortalarında isə "Brainpool GMBH" şirkəti kompleksdə işıqların və səhnənin quraşdırılmasına başlayacaq. Məkan may ayına qədər müsabiqəyə tam hazır olacaq.
Şirkətdən bildirilib ki, bu cür möhtəşəm bir məkanın tikintisinin qısa müddət ərzində başa çatdırılması üç əsas komponentin paralel olaraq istehsal edilməsi, buraya gətirilməsi və quraşdırılması nəticəsində mümkün olmuşdur. Bu komponentlər kompleksin özəyi olan "Modular Stadia", daxili tavan və üst fasaddır.
Qeyd edək ki, 57-ci "Eurovision" mahnı müsabiqəsi Bayraq Meydanında inşa olunan "Bakı Kristal Zalı"nda baş tutacaq. Yeni tikilən kompleks 23 000 tamaşaçı tutur. 16 minə yaxın tamaşaçı isə müsabiqənin yarımfinalları və finalını böyük monitordan canlı izləyə biləcəklər.

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında