Azərbaycanlıların soyqırımından bəhs edən sənədli film çəkiləcəkdir

Ermənilərin müxtəlif illərdə Azərbaycanın paytaxtı Bakıda, Şamaxı,Quba və digər rayonlarında törətdikləri kütləvi qırğınlardan və Xocalı soyqırımından bəhs edən sənədli film çəkiləcəkdir.
"Azərbaycan-İsrail" Beynəlxalq Assosiasiyasının (Azİz) mətbuat katibi, beynəlxalq münasibətlər üzrə ekspert Arye Qut bildirmişdir ki, artıq filmin ssenarisi hazırdır. Erməni faşistlərinin azərbaycanlılara, eləcə də yəhudilərə qarşı törətdikləri terror və soyqırımı aktlarını dünyaya çatdırmaq üçün bir neçə layihə vardır. Bunlardan biri də filmin çəkilməsidir. Ermənilər 100 il bundan əvvəl guya soyqırımına məruz qalmaları barədə yalan məlumatlar yaymaqla dünya ictimaiyyətini çaşdırmağa çalışırlar. Özləri isə zaman-zaman azərbaycanlılara qarşı insanlığa sığışmayan vəhşiliklər törətmişlər. Erməni vəhşiliklərinin qurbanları təkcə etnik azərbaycanlılar deyil, həm də yəhudilər olmuşlar. Erməni faşistlərinin 1918-ci ildə Azərbaycanın paytaxtında və bölgələrində törətdikləri qırğınlar, 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Xocalıda törətdikləri soyqırımı haqqında dünya ictimaiyyətinə daha dolğun məlumatlar çatdırılmalıdır. Bunun üçün müxtəlif dillərə tərcümə edilərək çap olunan kitablar, məlumat topluları və kinofilmlər olmalıdır. Azərbaycanda ilk dəfədir ki, 6 dildə Xocalı soyqırımından bəhs edən kitab çap olunmuşdur. Azərbaycan Prezidenti Administrasiyasının və AzərTAc-ın birgə layihəsi əsasında hazırlanmış "Xocalı. XX əsrin soyqırımı" kitabı olduqca mühüm əhəmiyyət kəsb edir. Biz də əlimizdən gələni edəcəyik ki, erməni vəhşiliyini bütün dünya tanısın.
Arye Qut demişdir: "Ermənilər yalançı təbliğat aparmaqla özlərini məzlum, soyqırımına məruz qalmış xalq kimi qələmə verirlər. Hamı bilməlidir ki, ermənilər kimdir və nə istəyirlər. Onlar hətta bəzən özlərini yəhudilərlə eyniləşdirmək, yəhudilər kimi soyqırımına məruz qalmış millət kimi göstərməyə çalışırlar. Amma hamı bilməlidir ki, ermənilər heç vaxt soyqırımına məruz qalmamışlar. Bir zamanlar yəhudilər milli mənsubiyyətinə görə soyqırımına məruz qalmışlar. 1918-ci ildə, eləcə də 1992-ci ildə azərbaycanlılar da milli mənsubiyyətinə görə ermənilər tərəfindən soyqırımına məruz qalmışlar. Əgər nə vaxtsa ermənilərə qarşı hansısa cinayət törədilibsə bunun da səbəblərini araşdırmaq lazımdır. Osmanlı Türkiyəsi dövründə türk torpaqlarını qoparıb özlərinə dövlət yaratmaq istəyiblər və buna görə də müqavimətlə üzləşiblər. Məğlubiyyətlə barışmayan ermənilər sonradan türklərə və azərbaycanlılara qarşı nə qədər terror, soyqırımı törətmişlər. Biz bunları dünyaya çatdırmağı qarşımıza məqsəd qoymuşuq və inanırıq ki, buna nail olacağıq".
Nəzərdə tutulmuş filmin yaradıcı heyətinə bir vaxtlar Azərbaycan televiziyasında çalışmış, hazırda İsraildə yaşayan kinorejissor Əhməd Abdullayev rəhbərlik edəcəkdir. Əhməd Abdullayev tanınmış kinorejissor, İsrail Kino Akademiyasının üzvüdür.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında