Sankt-Peterburqdakı Dövlət Rus Muzeyində Azərbaycanın xalq rəssamı Hüseyn Əliyevin əsərlərindən ibarət sərginin müddəti 2012-ci il yanvarın 16-dək uzadılmışdır

Sankt-Peterburqdakı Dövlət Rus Muzeyində Azərbaycanın xalq rəssamı Hüseyn Əliyevin əsərlərindən ibarət sərginin müddəti 2012-ci il yanvarın 16-dək uzadılmışdır.
Sərginin müddətinin yanvarın 16-dək, eksponatların ümumi saxlanılma müddətinin 2012-ci il yanvarın 31-dək uzadılması xahişi ilə ekspozisiyanın təşkilatçılarına Dövlət Rus Muzeyinin rəhbərliyi müraciət etmişdir.
Sərginin müddəti Rusiya sənətsevərlərinin xalq rəssamı Hüseyn Əliyevin yaradıcılığına marağı ilə əlaqədar uzadılmışdır. Hüseyn Əliyevin əsərləri rəng çalarlarının sirli-sehirli cazibəsi ilə diqqəti cəlb edir. O, əsərlərini xalqını və Vətənini sevə-sevə qəlbən yaratmışdır. Hüseyn Əliyev Azərbaycanı, onun dilbər guşələrini çox sevirdi və bu gözəlliyi hamının görməsini istəyirdi. Rəssamın tablolarındakı mənzərələr təbiətin donub qalmış parçaları deyildir. Bu əsərlərdə insan gözə dəymir, lakin onun zəhməti, sevinci münbit torpaqda, dağ yollarında, zümrüd meşələrdə təcəssüm olunmuşdur.
Xatırladaq ki, oktyabrın 27-də Sankt-Peterburqdakı Dövlət Rus Muzeyinin Stroqanov Sarayında Hüseyn Əliyevin əsərlərindən ibarət sərginin təntənəli açılış mərasimi olmuşdur. Fırça ustadının anadan olmasının 100-cü ildönümünə həsr edilmiş ekspozisiyada rəssamın 1960-1980-ci illərdə özünəməxsus qeyri-adi monotipiya texnikasında yaratdığı 60 əsəri təqdim olunmuşdur.
Sərginin açılış mərasimində Sankt-Peterburq hökumətinin üzvü Aleksandr Proxorenko, Azərbaycan mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Sankt-Peterburq Mədəniyyət Komitəsi sədrinin vəzifəsini icra edən Anna Kuçerova, Belçikanın Sankt-Peterburqdakı baş konsulu Joan Rokkas, "Sankt-Peterburqun Azərbaycan diasporu" regional ictimai təşkilatı sədrinin birinci müavini Məzahir Həsənov və başqaları iştirak etmişlər.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında