Moskvada MDB-nin 20 illik yubileyi münasibətilə SSRİ xalq artistlərinin görüşü keçiriləcəkdir

Dekabrın 8-dən 11-dək Moskvada MDB-nin 20 illik yubileyi münasibətilə SSRİ xalq artistlərinin görüşü keçiriləcəkdir. 
Bu görüşə Azərbaycan incəsənətinin tanınmış nümayəndəsi, Milli Məclisin deputatı Zeynəb Xanlarova da dəvət olunmuşdur. Z.Xanlarova dekabrın 8-də Rusiyanın paytaxtına gedəcəkdir.
Milli Məclisin mətbuat xidmətindən bildirmişlər ki, tədbir MDB iştirakçısı olan ölkələrin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun təşkilatçılığı ilə keçiriləcəkdir.
Görüşdə Z.Xanlarova tarixi-mədəni irsin qorunması və bu sahədə əməkdaşlığın daha da genişləndirilməsinə dair fikir mübadiləsində yaxından iştirak edəcəkdir.
AzərTAc

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında