Bülbülün xatirəsi anıldı

Sentyabrın 26-da Azərbaycan xalq mahnılarının mahir ifaçısı və görkəmli opera müğənnisi, Azərbaycan milli vokal sənətinin banilərindən biri, SSRİ xalq artisti Bülbülün vəfatından 50 il keçir.
Onun ifasını səciyyələndirən əsas əlamətlərdən biri Azərbaycan xalq motivlərinin İtaliya klassik opera ifaçılığı ənənələri ilə əlaqələndirilməsi idi.
1936-cı ildə Üzeyir Hacıbəylinin "Koroğlu" operasında baş rolun ilk ifaçısı Bülbül olmuşdur.
1932-1961-ci illərdə Bülbül Azərbaycan Dövlət Konservatoriyasında dərs demiş, 1940-cı ildən Konservatoriyanın professoru olmuşdur.
Bülbülün elmi monoqrafiyaları bu gün də Azərbaycan xalq musiqisinə aid vəsaitlər kimi istifadə edilir. O, həm də Azərbaycan xalq çalğı alətlərində ifa etməyi öyrənən tələbələr üçün tədris vəsaitləri tərtib etmiş ilk musiqiçi olmuşdur.
Dünən musiqi ictimaiyyətinin nümayəndələri, müğənninin doğmaları Bülbül Fondunda toplaşaraq onun xatirəsini ehtiramla yad etmişlər.
Xatirə gecəsinin iştirakçıları Fəxri Xiyabanda Bülbülün məzarı üstünə tər çiçəklər qoymuş, xor kapellası "Şəbi hicran" əsərini ifa etmişdir.
Polad Bülbüloğlu atasının xatirəsinə göstərilən ehtirama görə tədbir iştirakçılarına minnətdarlığını bildirmişdir.
Sonra ehsan verilmişdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında