Mədəni əlaqələrin perspektivləri müzakirə edilmişdir

İyulun 29-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə səfərdə olan Rumıniyanın mədəniyyət və milli irs naziri Hunor Kelemen ilə görüşmüşdür. 
Belə görüşlərin əməkdaşlığın genişlənməsinə xidmət etdiyini vurğulayan Ə.Qarayev demişdir ki, Buxarestdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, Bakıda isə görkəmli rumın bəstəkarı Corce Eneskunun abidələrinin ucaldılması ikitərəfli münasibətlərin yüksək səviyyəsini göstərir. O bildirmişdir ki, 2006-cı ildə nazirliklər arasında əməkdaşlıq haqqında imzalanmış protokola əsasən, ötən dövr ərzində bir çox işlər görülüb və görülməkdədir.
"Eurovision-2011" mahnı müsabiqəsindəki qələbə münasibətilə Azərbaycan xalqını təbrik edən Hunor Kelemen Bakıda keçiriləcək növbəti musiqi yarışmasına Rumıniya təmsilçilərinin də ciddi hazırlaşdıqlarını bildirmişdir.
Dostluq münasibətlərinin möhkəmləndirilməsi naminə bütün təşəbbüsləri dəstəklədiklərini bildirən rumıniyalı nazir qarşılıqlı əlaqələrin bundan sonra daha da genişlənəcəyinə əminliyini söyləmişdir. O, son illər rumıniyalı turistlərin Azərbaycana böyük maraq göstərdiklərini və müştərək mədəni layihələrin həyata keçirilməsində maraqlı olduqlarını vurğulamışdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında