Rolan BRUNO: Azərbaycan musiqisi dünyada tanınmalıdır

Azərbaycanın zəngin mədəniyyəti vardır və onu dünyada tanıtmaq çox vacibdir. Bu sözləri Heydər Əliyev Fondunun dəstəyi və təşkilatçılığı ilə Fransanın San-Trope şəhərində II Ramatuel klassik musiqi festivalı çərçivəsində keçirilən "Azərbaycanın mədəni zənginlikləri" sərgisinin açılış mərasimində Ramatuel şəhərinin meri Rolan Bruno demişdir. 
Mer bildirmişdir ki, əvvəllər Azərbaycanı yalnız Mstislav Rostropoviçlə tanımışdır. Lakin Heydər Əliyev Fondunun və onun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın misilsiz xidmətləri sayəsində bu ölkəyə daha yaxından bələd olmuş və onun mədəniyyətini sevmişdir. R.Bruno, həmçinin iyulun 17-də keçirilən II Ramatuel klassik musiqi festivalında azərbaycanlı ifaçıların da iştirak etmələrindən qürur duyduğunu vurğulamışdır.
Mer Heydər Əliyev Fondunun da dəstək verdiyi bu festivalın Azərbaycan musiqisinin dünyada dinlənilməsi baxımından əhəmiyyətini qeyd etmişdir. "Azərbaycan mədəniyyəti ilə bağlı tədbirlərin keçirilməsi əhəmiyyətlidir. Çünki sizin ölkənin çox zəngin mədəniyyəti vardır. Biz hamımız yaxşı bilirik ki, Şərqdə ilk opera məhz Azərbaycanda yaranmışdır. 2011-ci ildə isə Azərbaycan "Eurovision" mahnı müsabiqəsinin qalibi olmuşdur. Bütün bunlar Azərbaycan mədəniyyətinin zənginliyindən xəbər verir".

{nl}

Aygün ƏLİYEVA AzərTAc-ın müxbiri
San-Trope


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında