Xalq yazıçısı Elçinin Türkiyədə yeni kitabı nəşr olunmuşdur

Azərbaycanın xalq yazıçısı Elçin Türkiyədə ən çox nəşr olunan müasir dünya yazıçılarından biridir.
Bu günlərdə Ankaranın məşhur "Bengü" nəşriyyatı Elçinin "Aydınlıq gecələr" adlı "Seçilmiş hekayələr"dən ibarət yeni kitabını nəşr etmişdir.
Kitaba xalq yazıçısının müxtəlif illərdə yazdığı iyirmi hekayəsi toplanmışdır.
Hekayələri türk dilinə İmdat Avşar çevirmişdir. İmdat Avşar, eyni zamanda, kitaba yazdığı "Ön söz"də Elçinin yaradıcılığına yüksək qiymət verir. O, yazır: "Elçinin bu kitaba topladığımız və 1968-ci ildən başlayaraq Azərbaycanın müstəqillik illərinə qədər keçən vaxt ərzində yazılmış hekayələri o dövrün insanlarını, onların iç dünyasını, həmin dövrün ictimai quruluşunu, insanların psixologiyasını açıb göstərmək baxımından olduqca əhəmiyyətlidir. Bu hekayələr həmin dövrün tarixini əks etdirən notlar kimi də dəyərləndirilməlidir. Elçinin mövcud sovet sistemini başdan-ayağa mühakimə edən hekayələrində əşyaya, məkana belə sirayət edən "dəyişməzlik" var və bu hekayələrdə o dövrün sosial həyatına damğa vuran təkpartiyalı hakimiyyət bəzən kədərli, bəzən də istehzalı bir üslubla olduqca uğurlu şəkildə təsvir edilmişdir".
Qeyd etmək lazımdır ki, bu hekayələr müxtəlif çevirmələrdə türk dilində dəfələrlə nəşr olunmuşdur. Nəşriyyat kitaba toplanmış hekayələri "İllər keçsə, dövrlər dəyişsə də ədəbi, estetik dəyərlərindən heç bir şey itirməyən gözəl əsərlər" kimi oxuculara təqdim edir.
Ümumiyyətlə, "Aydınlıq gecələr" Elçinin Türkiyədə nəşr olunmuş sayca iyirmi üçüncü kitabıdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında