Azərbaycanın birinci xanımı Mehriban Əliyeva tanınmış fransız kinoaktrisası Katrin Denev ilə görüşmüşdür

Mayın 4-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva Müasir İncəsənət Muzeyində tanınmış fransız kinoaktrisası Katrin Denev ilə görüşmüşdür.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Katrin Denevi salamlayaraq dünya şöhrətli kinoaktrisanı ölkəmizdə görməkdən məmnun olduğunu bildirdi. Katrin Denevin Azərbaycana ilk dəfə səfər etdiyini, məşhur aktrisanın artıq Bakının bir sıra görməli yerləri və tarixi abidələri ilə tanış olduğunu deyən Mehriban xanım Əliyeva səfərin uğurlu keçəcəyinə əminliyini ifadə etdi.
Mehriban xanım Əliyeva ölkəmizin zəngin mədəniyyətə malik olduğunu, rəhbərlik etdiyi Heydər Əliyev Fondunun mədəniyyət sahəsində bir sıra mühüm layihələr reallaşdırdığını diqqətə çatdırdı.
Görüşdə Azərbaycan ilə Fransa arasında mədəniyyət sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.
* * *
Sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Fransada nəşr olunan nüfuzlu "L'Officiel" jurnalının rus versiyasının baş redaktoru Evelina Xromçenko ilə görüşdü.
Tanınmış jurnalist Evelina Xromçenko Mehriban xanım Əliyeva ilə xatirə şəkli çəkdirdi.

{nl}

AzərTAc

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında